Binəqədidə tikinti gərginliyi: Sakinlər işlərin dayandırılmasını tələb edirlər
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda gecə saatlarında məhəllənin hasarı tikinti şirkəti tərəfindən uçurulub.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 18 ünvanında yaşayan sakinlər belə iddia edirlər.
Vətəndaşların sözlərinə görə, həmin ünvanda "Xəmsə Palace 2021" MTK tərəfindən iki bina inşa edilib. Lakin bir müddət əvvəl üçüncü binanın tikintisi zamanı qazıntı işləri aparılarkən onların həyətinə məxsus hasar uçub.
Ev sahibi iddia edir ki, məhkəmə qərarına əsasən tikinti işləri dayandırılmalı idi, lakin buna baxmayaraq, proses hələ də davam etdirilir.
Sakinlərin şikayəti ilə bağlı "Xəmsə Palace 2021" MTK-dan bildirilib ki, sözügedən binalar 2021-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət başçısının sərəncamına əsasən tikilib. Şirkət nümayəndəsinin sözlərinə görə, vətəndaşın qeyd etdiyi daş hasarın uçması yağıntılı hava şəraitində torpaq qatının yumşalması ilə əlaqədardır.
Tikinti şirkəti həmçinin iddia edib ki, vətəndaşın yaşadığı 24 sot torpaq sahəsi MTK-nın rəsmi ərazisinə daxildir.
Vətəndaş isə bildirib ki, torpağın çıxarışı olmasa da, onun əlində bələdiyyə sənədi mövcuddur. O, çıxarışın alınması üçün müvafiq dövlət qurumuna müraciət edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Binəqədidə tikinti gərginliyi: Sakinlər işlərin dayandırılmasını tələb edirlər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 21 Dekabr 2025 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















