Binəqədidə yollar niyə baxımsız qalıb? VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı şəhərinin Binəqədi rayonunda qəsəbədaxili yolların yararsız vəziyyətdə olması yerli sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb.
Şikayətçi vətəndaş qəsəbə yollarının bərbad vəziyyətdə olması və avtomobillərin hərəkətinə maneədən şikayətçi olduğunu bildirib.
Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazi Müşfiqabad qəsəbəsi ilə 28 May qəsəbəsinin kəsişməsində yerləşən Şirvan küçəsindən gedir.
"Həmin küçəsində asfalt örtüyünün yenidən qurulması və bərpası ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təmirə ehtiyacı olan yolların siyahısına salınaraq aidiyyəti quruma müraciət edilib. Prosesin icrası mərhələli şəkildə həyata keçiriləcək", - deyə məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 14 Aprel 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















