Icma.az
close
up
RU
Biologiyanı bitirən də psixoloq olur” Ruhumuzu kimlərə etibar edirik?

Biologiyanı bitirən də psixoloq olur” Ruhumuzu kimlərə etibar edirik?

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər cəmiyyətdə psixoloji dəstəyə ehtiyacın artması bu sahədə fəaliyyət göstərən mütəxəssislərin peşəkarlıq səviyyəsinə dair sualları da gündəmə gətirib. Xüsusən, psixoloqların da həkim və müəllimlər kimi rəsmi sertifikatlaşdırmadan keçməsi məsələsi aktual müzakirə mövzusuna çevrilib. Mütəxəssislər hesab edirlər ki, psixoloji yardım göstərən şəxslərin fəaliyyətinə nəzarət və onların bilik səviyyəsinin qiymətləndirilməsi həm cəmiyyətin təhlükəsizliyi, həm də peşənin nüfuzu baxımından vacibdir. Bəs bu istiqamətdə ölkəmizdə hansı mexanizmlər mövcuddur və psixoloqların sertifikatlaşdırılması real perspektiv sayıla bilərmi?

Mövzu ilə bağlı News24.az-a açıqlama verən səhiyyə üzrə ekspert Adil Qeybulla qeyd edib ki, psixologiya sahəsi son vaxtlar inkişaf edən bir sahədir: 

"Əvvəllər psixoloqlara elə də ehtiyac yox idi. Lakin indiki zamanda psixoloqlar sosial problemlərə yönəlmiş mütəxəssislərdir".

Ekspertin sözlərinə görə, psixoloqların da mütləq tibbi təhsili olmaldır: "Lakin  hal-hazırda biologiya fakültəsini bitirmiş bir şəxs də psixoloq ola bilir. Bu məsələ ilə bağlı dünya təcrübəsinə müraciət etməliyik. Yəni dünya təcrübəsində bu məsələ necə olursa, bizdə də elə olmalıdır. Çünki geci-tezi qərb təbabətinin standartlarına keçməliyik". 

Ekspert hazırda bu sahə üzrə nervpatoloqların və zamanla ixtisaslaşmış şəxslərin məşğul olduğunu bildirib: "Bu məsələ ölkəmizdə hələ də bir mənalı şəkildə həll yolunu tapmayıb. Lakin sertifikatlaşdırılma keçirilərsə, o zaman müəyyən standartlar ortaya çıxmalıdır. Çünki sertifikatlaşdırılma müəyyən standartlar əsasında həyata keçirilir". 

Mövzu ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən, Səhiyyə Nazirliyi yalnız tibbi fəaliyyət göstərən şəxslərin və müəssisələrin üzərində nəzarəti həyata keçirir. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli, 214 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na əsasən, psixoloji xidmətlər (psixoloji məsləhət və ya dəstək fəaliyyəti) bu siyahıya daxil deyil.

Buna görə də, özəl psixoloji mərkəzlərin və ya fərdi psixoloqların fəaliyyəti lisenziyalaşdırılmır və Səhiyyə Nazirliyi və onun tabeliyində olan qurumlar tərəfindən nəzarət edilmir.

Nazirlər Kabinetinin 27 noyabr 2009-cu il tarixli, 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi kadrların sertifikatlaşdırılması qaydası” yalnız tibbi fəaliyyət göstərən ixtisaslara (həkim, əczaçı və s.) şamil olunur və psixoloq ixtisasını əhatə etmir.

Lakin psixoloji mərkəzlərdə hər hansı bir tibb fəaliyyətinin həyata keçirilməsinə dair fakta əsaslanan vətəndaş və yerli dövlət özünüidarəetmə orqanlarından daxil olan rəsmi müraciətlər, həmçinin də media tərəfindən yayımlanmış real tibb fəaliyyətinə əsaslanan faktlar əsasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq nəzarət tədbirlərinin həyata keçirilə bilər".

Qurumdan gələcəkdə psixoloji xidmətlərin sertifikatlaşdırma və ya akkreditasiya mexanizminin yaradılması məsələsi qanunvericilik səviyyəsində müvafiq dövlət qurumları arasında müzakirə oluna biləcəyi qeyd olundu.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən psixoloqlar əsasən dövlət tibb müəssisələrində – xəstəxana, dispanser və ya reabilitasiya mərkəzlərində işləyirlər. Onların fəaliyyəti tibbi xidmətin bir hissəsi hesab olunur və bu səbəbdən Nazirliyin nəzarəti altındadır. Yəni həmin psixoloqların işə qəbulu, ixtisas səviyyəsi və peşə fəaliyyəti tibbi standartlarla tənzimlənir.

Lakin fərdi şəkildə və ya özəl psixoloji mərkəzlərdə çalışan psixoloqlar bu kateqoriyaya daxil deyil. Onlar tibbi fəaliyyət göstərmədiklərinə, yəni diaqnoz qoymadıqları, dərman təyin etmədikləri üçün hazırkı qanunvericiliyə əsasən Səhiyyə Nazirliyinin birbaşa nəzarətində sayılmırlar. Məhz bu səbəbdən psixoloji yardım sahəsində vahid nəzarət və sertifikatlaşdırma mexanizminin yaradılması məsələsi aktuallığını qorumaqdadır.

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Oktyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see303

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see213

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see209

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see202

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see196

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see159

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see157

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see149

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see138

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see138

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see136

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see136

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see135

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see134

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see133

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see132

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see126

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see125

ÜST nin Çərçivə Konvensiyasının növbəti konfransı İrəvanda keçiriləcək

23 Noyabr 2025 17:16see125

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri