Icma.az
close
up
RU
Bir ağac təbiət qanunlarına meydan oxudu və Afrikanın əfsanəsinə çevrildi

Bir ağac təbiət qanunlarına meydan oxudu və Afrikanın əfsanəsinə çevrildi

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əksər insanların təsəvvüründə Sahara səhrası canlı həyatın mövcud olmadığı, sonsuz qum təpələrindən və miqrasiyalardan ibarət bir boşluqdur. Lakin bu sərt ərazidə həyat yenə də var – hərçənd Avropadakı qədər zəngin deyil. Səhrada yaşayan bəzi canlıların dözümlülüyü elm adamlarında heyrət və hörmət doğurur.

Ölkə.az xəbər verir ki, təkamülçü bioloq Skott Treverq "Forbes" nəşrində bu cür heyrətamiz nümunələrdən biri – Tenere ağacı adlanan tənha akasiya haqqında danışıb. Bu ağac Yer üzündə ən təcrid olunmuş ağac hesab olunur – səhranın ortasında, digər ağaclardan yüzlərlə kilometr uzaqda böyüyüb.

Niger dövlətinin şimal-şərqində Tenere adlı sahra bölgəsi yerləşib. O qədər quraqdır ki, bəzən buranı "səhradakı səhrs" adlandırırlar. Yüzlərlə kilometr boyunca burada nə kol, nə ot, nə də ağac var.

Amma bu boşluğun ortasında tək bir ağac bitib. Ən yaxın bitki örtüyü ondan 400 kilometr məsafədədir. Bu tənha akasiya karvanlar üçün GPS sistemlərindən çox əvvəl naviqasiya mayakı rolunu oynayıb.

Botanika baxımından Tenere ağacı tikanlı çətir akasiyasının alt növü hesab olunur. Bu növ, 35 metrə qədər (təxminən 12 mərtəbəli bina hündürlüyündə) dərinliyə çatan kök sistemi sayəsində sərt iqlim şəraitində yaşamağa uyğunlaşıb. Ehtimal olunur ki, kökləri səhranın dərinliklərindəki su qatını tapıb.

Alimlər akasiyanın toxumunun bu yerə necə düşdüyünü dəqiq bilmir. Güman olunur ki, ağac 5–10 min il əvvəl bölgədə göllər, çaylar və savannalar olduğu rütubətli dövrdə cücərmiş ola bilər. Lakin onun öz yaşı təxminən 300 il hesablanıb.

Tenere ağacı XX əsrin əvvəllərində artıq tanınıb. 1939-cu ildə bölgəni idarə edən fransız müstəmləkə qoşunları onu xəritələrinə salıb. Səhranı yüzlərlə metr yüksəklikdən keçən pilotlar da onun kiçik, yaşıl tacını aydın görürüb.

Səyyahlar üçün səhranın ortasında tək dayanan bu ağacla qarşılaşmaq çox təsirli idi. Çünki onun varlığı hər cür məntiqə və təbiət qanunlarına zidd idi.

Tenere ağacının əfsanəsi 1973-cü ildə faciəvi şəkildə sona çatıb. O vaxt Niger dövlətinin rəsmiləri bildiriblər ki, guya sərxoş yük maşını sürücüsü səhra boyunca gedərkən ağaca çırpılaraq onu kökündən qoparıb.

"Forbes" yazır: "Bu hadisənin mürəkkəbliyini və inanılmaz təsadüfünü qiymətləndirmək çətindir. Ağac, yüzlərlə kilometr boyunca tək maneə idi. Amma, ya çox pis naviqasiyaya görə, ya da amansız taleyin oyunu nəticəsində sürücü düz ona çırpılmağı bacardı".

Ağacın gövdəsi paytaxt Niamedəki Niger Milli Muzeyinə aparılıb və bu günə qədər orada saxlanılır. Ağacın dayandığı yerdə isə onun metal heykəli ucaldılıb və bu abidə hələ də mövcuddur.(qaynarinfo)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Noyabr 2025 06:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see185

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see128

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri