Icma.az
close
up
RU
Bir almanın, iki yarısı ... ABŞ və Rusiya maraqları indi üst üstə düşsə də, gələcəkdə ziddiyət göstərəcək

Bir almanın, iki yarısı ... ABŞ və Rusiya maraqları indi üst üstə düşsə də, gələcəkdə ziddiyət göstərəcək

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

"ABŞ lideri Donald Tramp ideoloji və siyasi baxımdan Rusiya prezidenti Vladimir Putinə Qərb müttəfiqlərindən daha yaxındır". Bunu filosof, politoloq və sosioloq Aleksandr Duqin deyib. Onun sözlərinə görə, Rusiya və Amerika liderləri qlobal dünyanın ümumi strukturu ilə bağlı razılığa gəlməlidirlər. "Donald Tramp ənənəvi dəyərlərin tərəfdarıdır. O, millətin vətənpərvərliyini müdafiə edir və mən bunu böyük güclərin dünya nizamı kimi müəyyənləşdirirəm. Putin və Tramp liberal qlobalizm əvəzinə bu modeli qəbul edərkən üst-üstə düşür", - Duqin deyib. Politoloq qeyd edib ki, Ukraynadakı münaqişənin həlli Rusiya üçün əsas məsələdir, lakin Tramp üçün bu, az əhəmiyyət kəsb edir. Duqin sülh sazişinin imzalanması məsələsinin tez həllini görmədiyini vurğulayıb.

"Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp bəşəriyyətin rifahı üçün işləməyə hazır olan böyük liderlərdir". Bu barədə Ağ Evin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff iki dövlət başçısı arasında telefon danışığından sonra açıqlama verib.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Aleksandr Duqinin fikirləri bir az da ideoloji təbliğat anlamı daşıyır, çünki onun özünün fəlsəfi və ideoloji baxışları bəllidir.

Oqtay Qasımov

Politoloqun fikrincə, Vladimir Putinlə Donald Trampın oxşarlıqları ilə bağlı deyilən fikirlərin heç də hamısı üst-üstə düşmür.

“Vladimir Putin xüsusi xidmət orqanlarında xidmət edib və məhz bu yolla hakimiyyətə gəlib. Onun hakimiyyətə gəlməsi seçkilər vasitəsilə olmayıb. Rusiya prezidenti tərəfindən 1999-cu ildə baş nazir təyin edilib, sonradan prezidentlik səlahiyyətlərin ona ötürülüb və prezidentlik səlahiyyətlərinin verdiyi imkanlardan da istifadə edərək, 2000-ci ilin martında prezident seçkilərinin qalibi olub. Rusiya kimi qeyri-demokratik ənənələri olmayan bir ölkədə demokratik seçkilərdən danışmaq məncə çox da yerində deyil. Rusiya dövlət fəlsəfəsi Qərb standartlarından fərqləndiyi üçün və burada seçkilər daha çox formal xarakter daşıdığından Vladimir Putinin liderlik keyfiyyəti ilə bağlı hansısa bir şübhə yox, sadəcə olaraq hakimiyyətə gəlmə üsullarındakı fərqi anlatmağa çalışırıq”-deyə politoloq qeyd edib.

Oqtay Qasımov vurğulayıb ki, Donald Tramp Amerikada iki dəfə prezident seçkilərində qalib gəlmiş şəxsdir və onun keçmişi iş dünyası ilə bağlı olsa da, bu da o demək deyil ki, Donald Tramp siyasətdən kənar şəxsdir.

“Amerika kimi bir ölkədə 2016-cı ildə prezident seçkilərini udub və prezidentlik edib, ondan sonrakı dövrdə seçkilərdə məğlub olsa da, 2024-cü seçkilərində daha böyük üstünlüklə qələbə qazanıb və onun artıq siyasət və dövlət adamı kimi kifayət qədər ciddi keyfiyyətlərinin olduğu ortadadır. Bir çox məsələlərə uzun illər siyasətdə yetişmiş və məşğul olmuş şəxs kimi deyil, bir az da iş adamı kimi baxması da normaldır. Bir çox məsələlərdə təbii ki, onların Putinlə dünyagörüşləri üst üstə düşür. Xüsusilə də bu liberal siyasi cərəyana baxış, ənənəvi məsələlərə münasibət və xüsusilə də, mühafizəkar yönü ilə və milli dəyərlərə önəm verilməsi hər ikisinin üst-üstə düşən baxışlarıdır”-deyən politoloqun fikrincə onların ikisinin dünya düzənini dizayn etməsi, ikisindən asılı olan məsələ deyil.

“Hazırda dünyada Amerika və Rusiyadan başqa digər böyük və güclü dövlətlər var və onlar da bu prosesdə yer almalıdır. Burada Çin, o cümlədən Türkiyə, Hindistan, Avropanın bir çox sıra aparıcı ölkələri, yəni bunlar da bu prosesdə bu və ya digər formada iştirak edirlər.

Bütün hallarda Donald Trampla Vladimir Putin fərqli fərqli sistemlərin yetişdirmələri olduğundan onların müəyyən bənzər xarakterlər olsa da, amma hesab etmirəm ki, onların ortaq baxışları var. Nəzərə alsaq ki, bir çox məsələlərdə maraqları üst-üstə düşsə də, əksər məsələlərdə Rusiyanın Amerika ilə maraqları bir-birinə əks mövqedə olur”-deyən Oqtay Qasımov bildirib ki, bu baxımdan hazırda Rusiya ilə Amerika arasında danışıqlar davam etsə də və bir çox məsələlərdə razılaşmalar olsa da, gələcəkdə bir çox ziddiyyətlərin də ortaya çıxacağı dəqiqdir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Mart 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri