Bir ay alkoqoldan imtina bədəndə hansı dəyişikliklər yaradır?
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qlobal sağlamlıq təşəbbüsü olan "Quru Yanvar" (Dry January) yanvar ayı boyunca spirtli içkilərdən imtina etməyi təşviq edir. Son illərdə bu hərəkat dünyada getdikcə daha çox insan tərəfindən dəstəklənir.
Milli.Az xəbər verir ki, elmi araşdırmalar isə göstərir ki, cəmi bir ay alkoqoldan uzaq qalmaq belə bədəndə ölçülə bilən müsbət dəyişikliklər yaradır."Alcohol and Alcoholism" jurnalında dərc olunan və 16 fərqli tədqiqatı əhatə edən icmalda 150 mindən çox insanın məlumatları təhlil edilib.
Nəticələrə görə, bir aylıq alkoqol fasiləsi:
Yuxu keyfiyyətini yaxşılaşdırır
Qan təzyiqini və qan şəkərini aşağı salır
İnsulin müqavimətini azaldır
Qaraciyər funksiyasını yaxşılaşdırır
Əhval-ruhiyyəni və zehni rifahı gücləndirir
Araşdırmalarda qeyd olunur ki, alkoqolu tam dayandırmaqla yanaşı, istehlakı ciddi şəkildə azaltmaq da oxşar sağlamlıq faydaları verə bilər.
Araşdırmanın aparıcı müəllifi Buffalo Universitetinin tədqiqatçısı Megan Strowger bildirir ki, alkoqolun təsiri təkcə qaraciyərlə bitmir:
"Bir aylıq imtina qan təzyiqinə, insulin müqavimətinə, qan şəkərinə, qaraciyər funksiyasına və hətta xərçənglə əlaqəli bəzi böyümə faktorlarına təsir göstərə bilər."
Tədqiqatlara görə, alkoqoldan imtina edən şəxslər altı ay sonra da daha az içki içmə meylini qoruyub saxlayırlar.
Bədəndə həftə-həftə baş verən dəyişikliklər
1-ci həftə:
Qaraciyər toksin yükünün azalması ilə özünü bərpa etməyə başlayır. İltihab azalır, yuxu keyfiyyəti tədricən yaxşılaşır.
2-ci həftə:
Bağırsaq sağlamlığı bərpa olunur, həzm sistemi yaxşı işləməyə başlayır. Enerji səviyyəsi artır.
3-cü həftə:
Dopamin sistemi tarazlaşır. Şəkərli və alkoqollu içkilərə olan istək azalır, əhval-ruhiyyə stabilləşir.
4-cü həftə:
Zehni aydınlıq artır, narahatlıq və depressiya əlamətləri zəifləyə bilər. Qan təzyiqi düşür, dəri problemləri azalır.
Uzun müddət yüksək miqdarda alkoqol qəbul edən şəxslər qəfil imtina zamanı titrəmə, ürək döyüntüsü, çaşqınlıq və qıcolma hiss edərsə, dərhal həkimə müraciət etməlidirlər.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 05 Yanvar 2026 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















