Icma.az
close
up
RU
Bir ay əvvəl yüksək vəzifə verilmişdi Bu gün azad edildi

Bir ay əvvəl yüksək vəzifə verilmişdi Bu gün azad edildi

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) bir ay əvvəl vəzifəyə təyin edilən Kamran Əliyev işdən çıxarılıb.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, icra hakimiyyətində həyata keçirilən struktur dəyişikliyi nəticəsində vəzifəsini itirib.

Belə ki, RİH-də Rayon təsərrüfatı şöbəsi ləğv edildiyindən həmin şöbənin Baş məsləhətçisi (mühəndis) Kamran Əliyev vəzifəsindən azad olunub.

O, Lökbatan qəsəbə nümayəndəliyinə məsləhətçi-mühəndis vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, K.Əliyev ötən ilin dekabrında ovaxtkı icra başçısı Süleman Mikayılovun əmri ilə Rayon təsərrüfatı şöbəsinin Baş məsləhətçi-mühəndis vəzifəsinə təyin olunmuşdu. O, həmçinin şöbədə çalışan yeganə əməkdaş olduğundan müdir vəzifəsini icra edirdi.

K.Əliyev ötən ilin noyabr ayında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən icra hakimiyyətində keçirilən yoxlamalar zamanı həbs edilmiş Qafar Abdullayevi əvəzləmişdi.

Xatırladaq ki, ötən həftə dövlət başçısının müvafiq sərəncamı ilə Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bir gün sonra isə icra hakimiyyətinin Hüquq, İctimai-siyasi və humanitar məsələlər və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələri ləğv edilib.

Müvafiq olaraq, həmin şöbələrin müdirləri – Kamran Abdullayev, Munis Bayramov və Şikar Həsənalıyev işlərini itiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Fevral 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri