Icma.az
close
up
RU
Bir ayda 3 dəfə təkrarlansa... Ailələri gözləyən BÖYÜK XƏRC

Bir ayda 3 dəfə təkrarlansa... Ailələri gözləyən BÖYÜK XƏRC

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Toy mövsümü başlayıb. Lakin toyların yaratdığı xərclər yalnız məclisi təşkil edən ailənin büdcəsi ilə məhdudlaşmır. Dəvət olunan qonaqlar üçün də bir toya getmək geyim, saç və makiyaj, zərf, nəqliyyat və digər xərclərlə birlikdə kifayət qədər ciddi maliyyə yükünə çevrilir.

“Yeni Sabah” xəbər verir ki, iqtisadçı ekspert Pərviz Heydərov toy mərasimlərinin son illərdə ciddi iqtisadi yük yaratdığını bildirib.

Ekspertin sözlərinə görə, toy mərasimləri ənənəvi xarakter daşımaqla yanaşı, müxtəlif sahələrdə iqtisadi aktivlik yaradan mühüm hadisələrdən biridir. O qeyd edib ki, pandemiya dövründə toyların keçirilməsinə qoyulan məhdudiyyətlər bir sıra sahələrdə iqtisadi aktivliyin kəskin azalmasına səbəb olmuşdu. Dördpendirli pizza

P.Heydərov bildirib ki, son 10-15 ildə toy mərasimləri eyni zamanda böyük biznes alətinə çevrilib:

“Qiymətlər bir tərəfdən xidmət, ticarət və ərzaq məhsulları üzrə obyektiv səbəblərdən, digər tərəfdən isə vəziyyətdən sui-istifadə nəticəsində yüksəlib. Artıq toyların təşkili də, toya dəvət olunan vətəndaşların iştirakı da ciddi iqtisadi-maliyyə çətinlikləri yaradır”.

İqtisadçı bir nəfərin toya getməsi üçün çəkilən xərcin hazırda orta hesabla 200-250 manatdan aşağı olmadığını deyib:

“Bir ailədən iki nəfər iştirak etdikdə bu rəqəm minimum 400-450 manata çatır. Bir ay ərzində 2-3 toy olarsa, ümumiyyətlə, ailənin beli qırılır. Çünki restoranlar bahadır, ərzaq qiymətləri yüksəkdir, xidmət sektoru daha çox gəlir götürməyə çalışır. Muzdla çalışan şəxslərə isə toy üçün əlavə maaş və digər ödənişlər verilmir”.

Ekspert hesab edir ki, toylarla bağlı müəyyən mədəniyyət və ədəb-ərkan qaydalarının formalaşmasına ehtiyac var. Onun fikrincə, bu sahədə dövlət nəzarətinin olması da zəruridir.

P.Heydərov vurğulayıb ki, toy mərasimlərinin iqtisadi əhəmiyyəti olsa da, bu proses yalnız maliyyə dövriyyəsi prizmasından qiymətləndirilməməlidir:

“Dövlət keçirilən toy məclisləri ətrafında dövr edən nağd və nağdsız vəsaitlərdən yalnız maraq güdməklə kifayətlənərsə, bugünkü toylar getdikcə qonağa həsrət qalacaq. Toy bazarlıq etmək deməkdir, bazarın özü demək deyil”.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Avqust 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri