Icma.az
close
up
RU
Bir aylıq müharibə ssenarisi: Qarşılıqlı zərbələr həftələrlə davam edə bilər

Bir aylıq müharibə ssenarisi: Qarşılıqlı zərbələr həftələrlə davam edə bilər

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Vaşinqton və Tehran arasında Hörmüz boğazında yaranan gərginlik yeni və daha təhlükəli mərhələyə qədəm qoyur. 

"AzPolitika" xəbər verir ki, “Axios” nəşrinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Ağ Ev İrandan gələn təhdidlərə qarşı uzunmüddətli və genişmiqyaslı bir hərbi qarşıdurmaya hazırlaşır. Vaşinqtonda hesab edirlər ki, tərəflər arasında qarşılıqlı hərbi zərbələrin müddəti Tehranın atacağı addımlardan asılı olaraq bir neçə gündən bir aya qədər uzana bilər. Regional təhlükəsizliyi hədəfə alan bu prosesin dayandırılması üçün ABŞ-ın əsas şərti bəllidir: İran Hörmüz boğazında kommersiya gəmilərinə qarşı hücumlarını dərhal və tamamilə dayandırmalıdır.

Münaqişənin bu həddə çatmasının pərdəarxası məqamları isə İranın daxili siyasi elitasındakı parçalanma ilə bağlıdır. Amerikalı rəsmilərin sözlərinə görə, son həftələrdə aparılan diplomatik danışıqlarda əldə olunan güzəştlər Tehranın hakim elitasının mühafizəkar və radikal qanadı tərəfindən narazılıqla qarşılanıb. Nəticədə diplomatiya masasını faktiki olaraq devirən bu qüvvələr regionda güc nümayişinə və hərbi provokasiyalara üstünlük veriblər. 

Vaşinqton isə bəyan edir ki, ABŞ ordusunun bölgədəki sərt hərbi cavab tədbirləri məhz Tehranın bu aqressiv addımlarına yönəlmiş məcburi və qətiyyətli reaksiyadır. Hazırda Hörmüz boğazı ətrafında yaranan hərbi disbalans regional müharibə riskini pik həddə çatdırıb və proseslərin hansı ssenari üzrə inkişaf edəcəyi tərəflərin növbəti bir neçə sutka ərzində atacağı addımlardan asılı olacaq.

"AzPolitik.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 İyul 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri