Icma.az
close
up
RU
Bir az diqqət… bir az etik!

Bir az diqqət… bir az etik!

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AFFA-da ötən ilin aprelində baş tutan “perestroyka” böyük ümidlər yaratmışdı. Rəhbərlik dəyişikliyindən sonra nəhayət, keçmiş rəhbərliyin futbolu bərbad günə qoymasından bezənlər belə inanmağa başlamışdı…

Artıq bir il bir aydır ki, yeni idarəçilik olsa da, “yeni idarə modelinə” keçid görünmür.

Artıq nə Rövnəq Abdullayev var, nə Elxan Məmmədov, nə də Elşad Nəsirovun dominant təsir imkanları.

Bəs AFFA niyə dekonstruksiya keçə bilmir?

Ən son təyinat baş katib postuna idi. Cahangir Fərəcullayevin bu vəzifəyə gəlişi hay-küylü baş tutsa da, müşahidələrimiz, təhlillərimiz göstərir ki, “yeni idarə modeli” bir yana, qarışıq-xaotik vəziyyət daha da dərinləşə bilər.

Buna səbəb yeni baş katibdə sezilən eqosentrik tərzdir.

Kuluarlarda gəzən məlumatlara görə Fərəcullayev dövlətin sütun isimlərindən olan Mikayıl Cabbarov tərəfindən AFFA-ya göndərilib və ona müstəsna səlahiyyətlər verilib.

Məhz bu məqam ona özgüvən yükləyib. Bu, yaxşı əlamətdir. Ancaq özgüvən gərək eqoya, narsistliyə sürüklənməyə…

Azərbaycan futbolunu bəsit sayıb üstünə “qışqıraraq danışmaq olmaz”, adamı “yeyər”. Nə adlar yeyib…

***

Fərəcullayev aprelin 11-də keçirilən AFFA-nın illik Hesabat Konfransında ilk dəfə geniş auditoriya ilə fikir və ideyalarını bölüşdü.

Onun, “sıfırdan başlamalıyıq”, “hakimlik zəifdir”, “peşəkar kadr islahatlarına sabahdan başlanacaq” və s. iddialı açıqlamaları adını gündəmə gətirdi. Hətta haqqında xoş danışanlar oldu və s.

Bəlkə də biz iddialı danışan adamın reallıqda da iddialı addımlar atdığını görəcəyik, lakin bu günə kimi nə deyilənlərə aid addımlar görünür, nə də ümidverici performans sezilir.

Əksinə, deyəsən, biz onun timsalında eqoist, təkəbbürlü tipajın açılışını müşahidə etməli olacağıq.

Bunadək AFFA prezidenti Rövşən Nəcəf, vitse-prezidentlər Elşad Nəsirov, Balakişi Qasımov, icraçı vitse-prezident Sərxan Hacıyev haqda tənqidi məqalələr dərc etmişik. Ancaq heç birinin qeyri-adekvat reaksiyası ilə qarşılaşmamışıq. Təəssüf ki, Cahangir Fərəcullayevlə bağlı eyni sözləri yaza bilmirik…

Hesabat konfransındakı çıxışında işlətdiyi, “Yeni İnkişaf Strategiyasının reallaşdırılması mənim baş katib postuna təyinatımla real hərəkətə keçdi” tipli cümləsi və çoxlu “mən” ifadələri obrazı haqda ilkin qənaəti bizdə yaratmışdı… Amma zamana buraxıb futbol üçün atılacaq addımlara əsasən rəy bildirəcəyimizi düşünürdük. Deyəsən, belə olmayacaq…

Azərbaycan futbolunda yüksək vəzifəyə təyin olunan tanınmış adlar olub ki, İdman mediasını ciddiyə almayıb, iqnor edib. Lakin ciddiyə almalı olduğunu anlayanda çox gec olub…

Cahangir bəy də bu tendensiyaya uğradığını hiss etdirməkdədir. Detallara getməyə lüzum görmədən, “FutbolPress” adına iddialı yeni futbol məmurumuza tövsiyəmiz bu olardı ki, futbol aləmini, idman mediasının əsl tərkibini çox ciddi öyrənsin. Ondan sonra həmlələrini etsin…

İnsan dostuna güvənər və onun məsləhətlərinə qulaq asar, lakin bəzən özü də araşdırmalıdır. Mütləq araşdırmalıdır. Yoxsa dost məsləhəti nəinki kar etməyəcək, əksinə, yandıracaq…

Məsələn, “FutbolPress“ə peşəkarlıq və jurnalistika prinsiplərindən uzaq hansısa rəftar, niyyət nəinki effekt verməz, heç arzulanmasa, yaxşı olar.

Cahangir bəy bunu Parisdə qəbuluna getdiyi Elxan Məmmədovdan tutmuş, futboldakı istənilən idarəçidən dəqiqləşdirə bilər. 17 illik fəaliyyəti dövründə “FutbolPress” dən nəinki hansısa mətni, adi cümləni belə sildirmiş məmur qarşısına çıxsa, onda buyursun, bizə yuxarıdan aşağı baxsın və s.

Və idman mediasında az da olsa, tarixin keşməkeşlərindən vicdanla və dürüst, peşəkarlıqla keçən KİV-lər də var.

Hamımızın gözü İnkişaf Strategiyasının nə vaxt, necə real hərəkətə başlayacağını görməyə zillənib. Buyurun, iddialı çıxışınızdakı sözləri reallığa çevirin. Siz bunun üçün təyin olunmusunuz, İŞ GÖRÜN, tənqidçi medianı susdurmaq… alınmayacaq. Dost məsləhəti həmişə dürüst olmaya bilər.

Azsaylı müstəqil idman KİV-i daim dəstəyini verib, verəcək də. Lakin tənqid jurnalistikanın əsas funksionallığıdır və şəxsən “FutbolPress” prinsiplərini heç bir əməkdaşlığa, heç bir münasibətə qurban verməyəcək, bunu bilin. Dost məsləhəti ilə hansısa iddialara, xülyaları düşmək əbəsdir.

***

Meksika səfiri ilə görüşünüzdən foto və xəbər AFFA-nın saytında dərc olunub. Bu stil Elxan Məmmədovundur. Bizim bu mövzularda məşhur məqalələrimiz olub.

Səfirlərlə görüşlərindən heç nə hasil olmayan Elxan Məmmədovdan fərqli olaraq siz bu tip görüşlərdən nə əldə edəcəksiniz? Buyurun, açıqlayın…

Azərbaycan İdman Akademiyası (ASA) ilə AFFA arasında əməkdaşlıq görüşü haqda xəbəri də qurumun rəsmi saytında gördük.

Bu cür görüşlər niyə xəbərə çevrilir? Xəbər mahiyyəti nədədir? Buyurun, iddialı çıxışınızdakı kimi, təfərrüatlı danışın bu məsələlər haqda.

Biz itirilmiş illərin qəzəbini soyutmamış o illərdəki makulatura tipli addımlara ümidlə baxan deyilik. Təcrübəmiz var. Həm də çox böyük!

Biz inkişaf üçün atılan bütün addımları təlqin və təbliğ etmişik. Doğrudan da belə olacaqsınızsa, görəcəyik və yazacağıq. Hansısa əməkdaşlığı “domokl qılıncı” qismində görməyə lüzum yoxdur, bu, tragikomik duruma sürükləyər sizi.

Konfransda Rövşən Nəcəf EKOSİSTEM tezisi altında ən çox da idman mediasından dəstək istəmişdi. Biz bu çağırışa isti yanaşmağa hazırıq. Lakin dediyiniz kimi, sıfıra yuvarladılmış futbolumuzun inkişafı üçün real addımlar atacaqsınızsa…

Bizə diqqət göstərilməli, peşəkar və etik yanaşılmalıdır. Bu da bizim prinsipimiz və iddiamızdır!

Elçin Cəlilov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 Aprel 2025 08:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri