Bir az əvvəl sizi aldatdılar Tarixi anlaşmadan sonra tarxiə yazılan həqiqət...
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
SSRİ dağılanda Ukraynanın 1.900 nüvə başlığı vardı. Yəni ABŞ və Rusiyadan sonra Ukrayna üçüncü ən böyük nüvə dövləti idi. Ancaq 1994-cü ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə keçirilən ATƏT-in konfransında Belarus, Qazaxıstan və Ukraynanın Nüvə silahının yayılmaması müqaviləsinə qoşuldu. Rusiya, ABŞ, Böyük Britaniya, Çin və Fransa isə bu sənədə imza atdı.
Ukrayna Respublikasının 2-ci Prezidenti Leonid Kuçma (19 iyul 1994 – 23 yanvar 2005) həmin sənədə imzaladı. 1981–1995-ci illərdə Fransa Respublikasının Prezidenti olmuş Fransua Mitteran imzalanma mərasimindən dərhal sonra Leonid Kuçmaya yaxınlaşır və tarixə yazılan bir söz deyir: “Cavan oğlan, sizə elə gəlmir ki, bir az əvvəl sizi aldatdılar”...
Leonid Kuçma o vaxt nüvə silahını Rusiyaya verməsydi, Rusiya heç vaxt Ukraynaya hücum etməyə cəsarət etməzdi. Siyasətdə belə səhvlərin bədəli fəlakət olur. Rusiya Krımı işğal edəndə Leonid Kuçma səhv etdiyinin fərqinə vardı. Onda isə çox geç idi..
Elbəyi Həsənli, Sürix
MİA.AZ
Baxış sayı:178
Bu xəbər 05 Mart 2025 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















