Bir birimizi yalan danışmağa məcbur edirik KƏRAMƏT BÖYÜKÇÖL YAZIR
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Səhər tezdən bir yalan danışanda düz axşama kimi o yalanın ardınca düşüb gedirsən.
Məsələn, kimsə sənə zəng edir ki, hardasan? Deyirsən, İmişlidə. Halbuki Elmlərdəsən. Sonra bütün günü o yalanın dalınca düşüb gedirsən, gizlənə-gizlənə yaşayırsan, birdən məni burda görər deyə. Telefonuna başqa yerdən zəng gələndə fikirləşirsən ki, birdən o adam yanında olar, nə cavab verim, deyim hardayam.
Ömrümüz də belədir, başdan yalanla başlamışıq deyə başqa çıxış yolumuz yoxdur.
Birinci yalanımız uğurlu alınıb deyə onun dalınca düşüb düz bura kimi gəlib çıxmışıq. İndi yalanın içindən çıxa bilmirik. Yalanın içindən çıxan kimi faciə baş verir. Azərbaycanda istənilən faciəni araşdırsan, məlum olar ki, orda bir həqiqət üzə çıxıb, ona görə faciə baş verib.
Bir yolu səhv dönəndə atılan bütün addımlar səhv olur.
Bir-birimizi yalan danışmağa məcbur edirik. Bir-birimizi səmimi olmağa qoymuruq. Bir-birimizi əsir-yesir eləmişik. Axı mən kefimdən demirəm İmişlidəyəm. Deyəcəm, Elmlərdəyəm, gəlib baş-beynimi aparacaq. İndi mən neyləyim?
Məcbur olub yalan danışıram.
Kəramət Böyükçöl
Baxış sayı:105
Bu xəbər 20 Noyabr 2025 08:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















