Bir birinə yapışan evlər: Xırdalanda xaotik vəziyyət hökm sürür
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xırdalanda sıx şəkildə inşa edilən həyət evləri sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrilib.
Bir-birinə yapışan evlər: Xırdalanda xaotik vəziyyət hökm sürür
Mütəxəssislərin fikrincə, bu evlərin böyük əksəriyyəti layihə tələblərinə uyğun tikilməyib. Üstəlik, evlər arasında demək olar ki, heç bir məsafə saxlanılmayıb. Bu isə fövqəladə hallar, xüsusilə yanğın zamanı əraziyə giriş-çıxışı mümkünsüz edir və sakinlərin həyatı üçün real təhlükə yaradır.
Sakinlərdən birinin sözlərinə görə, evlər tikilərkən mütləq ara məsafəsi nəzərdə tutulmalıdır ki, yanğın və digər fövqəladə hallarda texnika əraziyə daxil ola bilsin.
"Amma buradakı evlərin arasından pişik belə keçə bilmir. Demək olar ki, hamısı qeyri-qanuni tikilidir. Burada yaşamaq qorxuludur. Yollarda tıxac yaranır, yaşayış getdikcə çətinləşir", - deyə sakin bildirib.
Başqa bir sakin isə infrastrukturun acınacaqlı vəziyyətdə olduğunu qeyd edib: "Yollar bərbad gündədir. İşıqlar çəkildikdən sonra cəmi üç gün yandı, daha sonra isə demək olar ki, bütün küçələr zülmətə qərq oldu".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 13 Yanvar 2026 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















