Icma.az
close
up
RU
Bir çox futbolçu məni müsbət mənada təəccübləndirdi

Bir çox futbolçu məni müsbət mənada təəccübləndirdi

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə keçirilən oyunla bağlı danışıb.

"Football-plus.az" xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə açıqlamasında millimizin 1:0 hesabı ilə qalib gəldiyi görüşdəki çıxışından razı qaldığını deyib:

“Bu oyun ilk növbədə mənim üçün maraqlı idi. Əsas məsələ rəqibin 10 nəfərlə müdafiə olunduğu bloku necə yaracağımız idi. Birinci hissədə bir neçə qol epizodu yaratdıq, amma dəyərləndirə bilmədik. İkinci hissədə sistemi dəyişdik və rəqibə daha çox təzyiq etdik. Ümumilikdə daha çox qol vurmağa layiq idik, amma 3 xal və qələbə məni sevindirir. Bilirdik ki, burda oyun çətin olacaq. Eyni problemlərlə Çexiya və Şotlandiya da üzləşmişdi”.

Rəşad Eyyubov qarşılaşmada qələbə qoluna imza atan Murad Məmmədovun bu cür performansına təəccüblənmədiyini söyləyib:

“Murad Məmmədovun matçın açar oyunçularından biri olacağını bilirdim. Çünki o, aşağı bloklara qarşı oyun üçün əla keyfiyyətlərə malikdi. Ümid edirəm ki, bu qol Murada daha da çox özünəinam verəcək. Bu nəticənin futbolçuların inkişafı üçün müsbət impuls olacağına inanıram”.

O, əsas millinin rəsmi matçlarından sonra U-21-in düşərgəsinə qoşulan Rüfət Abbasovla bağlı da fikirlərini açıqlayıb:

“Rüfətə təşəkkür edirəm. Uzun və çətin yolçuluqdan sonra xarakter göstərdi, 90 dəqiqə mübarizə apardı. Ümumiyyətlə, bütün komanda daha dominant üslubda oynaya bildiyini nümayiş etdirdi. Bir çox futbolçu məni müsbət mənada təəccübləndirdi”.


Rəşad Eyyubov əsas millinin baş məşqçisi Ayxan Abbasovun matçı stadiondan izləməsinə də toxunub:

“Milli komandanın baş məşqçisinin oyunumuzu izləməsi xoş oldu. Bu, futbolçulara əlavə motivasiya verdi. İndi isə görülən işin təhlilini aparacağıq. Gələcəyə nikbin baxırıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Noyabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri