“Bir çox insanlar qorxur ki, Ukraynaya qoşun göndərəcəyik” Makron
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Fransa öz qoşunlarını Ukraynaya dərhal göndərməyəcək.
"Report" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "RTL" radiostansiyasına müsahibəsində bildirib.
"Düşünürəm ki, fransızlar vahiməyə düşməməlidir. Görürəm ki, bir çox insanlar qorxur ki, biz Ukraynaya qoşun göndərəcəyik. Bu belə deyil", - o deyib.
Bununla belə, o, döyüş əməliyyatları başa çatdıqdan sonra Ukraynanın təhlükəsizliyini təmin etmək və ordu üçün təlim keçmək üçün planlaşdırılan "çəkindirmə qüvvələri"ndə Fransa qoşunlarının iştirakını istisna etməyib.
Makron təxminən 20 ölkənin bu qüvvələrin hər üç komponentinin - quru, hava və dəniz komponentlərinin fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu deyib.
"Bu qüvvələr daha çox qonşu ölkələrdə yerləşdirilə bilər, lakin Ukraynanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün ölkə qoşunları ilə sıx əməkdaşlıq edəcəklər", - o dəqiqləşdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 25 Noyabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















