Icma.az
close
up
RU
Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır

Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

İcbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin yenilənməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən növbəti ictimai müzakirə təşkil edilib. Müzakirələrdə Səhiyyə Nazirliyinin və TƏBİB-in səlahiyyətli ortoped-travmatoloqları iştirak ediblər.

Xidmətlər Zərfinin yenilənməsi ilə bağlı təşkil edilən ictimai müzakirənin açılışında Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova giriş sözü ilə çıxış edib: “Cari ildən etibarən Xidmətlər Zərfinin yenilənməsi ictimai müzakirələr şəklində həyata keçirilir. Bu prosesdə müxtəlif sahələr üzrə həkimlərin dəstəyinə ehtiyac duyulur. Bugünkü müzakirələrin məqsədi yenilənəcək Xidmətlər Zərfində travmatoloji xidmətlərlə bağlı ixtisas həkimlərinin fikirlərini və təkliflərini öyrənməkdir”.

Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva bildirib ki, Xidmətlər Zərfinin daha effektiv və əhatəli şəkildə yenilənməsini təmin etmək üçün ixtisas həkimlərini prosesə cəlb etmək vacib əhəmiyyət daşıyır. Xidmətlər Zərfi ilə çalışan həkimlərin işinin səmərəli təşkili üçün  bəzi xidmətlərin adlarının daha aydın və dəqiq şəkildə yazılması, o cümlədən yeni xidmətlərin əlavə edilməsi planlaşdırılır.

Tibbi xidmətlərin tənzimlənməsi və texniki qaydaları şöbəsinin müdiri Səlim Hüseynzadə təklif olunan dəyişikliklərlə bağlı təqdimatla çıxış edib: Xəstəliklərin Beynəlxalq Təsnifatının 9-cu təsnifatına (XBT-9) əsasən travmatologiya sahəsində bir sıra tibbi xidmətin sığorta hesabına qarşılanması təklif olunur. Xüsusilə, bud-çanaq və diz oynaqlarının revizion protezləri, vətər və əzələ prosedurlarının Xidmətlər Zərfinə əlavə olunması nəzərdə tutulan əsas tibbi xidmətlərdir. Bundan əlavə, bəzi travmatoloji tibbi xidmətlərin göstərilməsi zamanı istifadə olunan xüsusi tibbi sərfiyyatın yenilənən Xidmətlər Zərfində nizamlanacağını da qeyd edib.

Həkimlər təklif edilən dəyişiklikləri müsbət qiymətləndiriblər. Xidmətlərin tarifikasiyasına gəlincə bu barədə təkliflərini yazılı formada təqdim edəcəklərini bildiriblər. 

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see229

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see204

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see204

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see149

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri