Icma.az
close
up
RU
Bir daha Himnimiz haqqında

Bir daha Himnimiz haqqında

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kamil Şahverdi

IV yazı

Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin III hissəsini rəhbər tutaraq qərara alır:

Musiqisi Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsus olan “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 noyabr 2018-ci il.

1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra bir çoxlarında ümid yaranmışdı ki, Azərbaycan SSR-nin dövlət himnini yenidən bərpa etmək mümkün olacaq. Musiqi içtimaiyyətində bu barədə əməlli-başlı təbliğat aparılırdı. Bəziləri elə düşünürdü ki, Heydər Əliyev Sovetlər Birliyinin ən ali rəhbərlərindən olmuş böyük siyasətçi kimi sovet himninin bərpa olunmasında öz dəstəyini göstərəcək. Görünür onlar unutmuşdular ki, üç rəngli bayrağımız ilk dəfə 1990-cı il niyabrın 17-də Naxçıvan Muxrar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilmişdir. Buna qədər milli hərəkatın kütləvi tədbirlərində istifadə olunsa da, rəsmi olaraq 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda üç rəngli bayrağımız rəsmi status qazanmışdı.

Tanınmış bəstəkar, Xalq artisti Musa Mirzəyev 2000-ci illərin əvvəllərində mənə maraqlı bir əhvalat danışmışdı. 1994-cü ildə Bəstəkarlar İttifaqı İdarə Heyətinin birinci katibi (o zaman belə adlanırdı, sonralar Bəstəkarlar İttifaqının sədri oldu) Tofiq Quliyev bəstəkarlar adından Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciət edərək, bəstəkarların ölkə başçısı ilə görüşmək istədiyini Prezidentə çatdırır. Yaradıcı insanlara həmişə diqqət və qayğı ilə yanaşan Heydər Əliyev bəstəkarları narahat edən məsələ ilə maraqlananda, ona bildirilir ki, dövlət himni ilə bağlı fikirlırini

dövlət başçısına çatdırmaq istəyirlər. Heydər Əliyev bəstəkarların müraciətinə müsbət cavab verir və onları qəbul edir. Bəstəkarlar Tofiq Quliyev, Vasif Adıgözəlov, Musa Mirzəyev və musiqişünas, Bəsrəkarlar İttifaqımın katibi Ramiz Zöhrabov qəbulda iştirak edirlər. Heydər Əliyev bəstəkarları diqqətlə dinləyir və Azərbaycan Respublikasının Dövlət Himni ilə bağlı onların mövqeyilə tanış olur. Görkəmli siyasətçi bəstəkarları dinlədikdən sonra bildirir ki, Azərbaycan öz müstəqilliyini elan etmiş bir dövlətdir. Azərbaycan SSR artıq yoxdur. On beş respublikanı özündə birləşdirən SSRİ adlı dövlət dağılıb. Biz mövcud olmayan Azərbaycan SSR-nin himnini necə bərpa edə bilərik? Məgər bizim himnimiz sizin xoşunuza gəlmir? İndi biz müstəqilliyini qazanmış Azərbaycan Respublikasında yaşayırlq. Himnimiz də müstəqil dövlətimizə tam uyğundur. Həm musiqisi, həm sözləri çox təsirlidir. Bizim Azərbaycan SSR-nin himnini bərpa etməyimiz siyasi cəhətdən doğru olmaz. Birdə ki, buna heç ehtiyac da yoxdur. Mənim fikrimi bilmək istəyirsinizsə, hesab edirəm ki, bizim himnimiz çox yaxşıdır. Dəyişməyə də səbəb görmürəm...

Bununla da Heydər Əliyev sovet Azərbaycanı himninin bərpa olunması haqqında söz-söhbətlərə nöqtə qoyur. Ən maraqlısı odur ki, Prezident Heydər Əliyevin bəstəkarlarla bu görüşü haqqında rəsmi məlumat da yayılmamışdı. Çox güman ki, görkəmli siyasi xadim Heydər Əliyev bu mövzu ətrafında müzakirə yaratmamaq üçün bu haqda məlumatın yayılmasına belə imkan verməmişdi...

Azərbaycan SSR-nin, ümumiyyətlə sovetlər dönəmində himn haqqında maraqlı tarixi məlumatları diqqətinizə çatdırmağı vacib sayıram.

1917-ci ildə Rusiyada fevral inqilabından sonra himn kimi "Marselioza"nın melodiyasına Pyotr Lavrovun söz yazdığı inqilabi mahnı istifadə olunurdu. Bunu həm də "Rus Marseliozası" adlandırırdılar. 1917-ci ilin oktyabrında bolşeviklər hakimiyyəti ələ keçirəndən sonra, 1918-ci ilin əvvəlində RSFSR "İnternasional"ı rəsmi himn kimi təsdiq etdi. "İnternasional" 1910-cu ildə Kopenhaqendə keçirilən Sosialistlərin Beynəlxalq konqresində beynəlxalq sosialist hərəkatının himni kimi qənul olunmuşdu. "İnternasional"ın mətnini fransız şairi, anarxist, Birinci İntetnadionalın və Paris Kommunasının üzvü Ejen Potyeyə məxsusdur. O bunu 1871-ci ildə Paris Kommunası üsyanı vaxtı yazmışdı. Əvvəl "Marselyoza" musiqisi ilə oxunurdu. 1888-ci ildə Belçika bəstəkarı Pyer Deqeyter "İnternasional"a musiqi yazır. Tezliklə əsər müxtəlif dillərə tərcümə olunur və bir çox ölkələrdə, o cümlədən Rusiyada geniş yayılır. 1902-ci ildə Arkadi Kots onu rus dilinə tərcümə edir. Kotsun tərcüməsində İnternadional Rusiyada sosialistlərinin radikal qrupunun himni kimi qəbul olunur. 1918-ci ilin əvvəlində isə Leninin təşəbbüsü ilə RSFSR-nın dövlət himni kimi təsdiq edilir.

1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı işğal etdikdən sonra Azərbaycan SSR, daha sonra Azərbaycan, Gürcüstan və Ermənistan Sovet Sosialist Respublukaları birləşdirilərək ZSFSR yaradıldı. Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının da himni internasional idi. 1922-ci ilin dekabrında RSFR, Ukrayna SSR, ZSFSR, Belorus SSR birləşdirilərək SSRİ yarandı. SSRİ-nin də himni "İnternasional" oldu. 1930-cu illərdə yaranmış Çin sovet respublikasının da himni "İnternasional" idi.

1936-cı ildə SSRİ Konstitusiyası qəbul edilərək ZSFSR ləğv edildi və Azərbaycan, Gürcüstan, Ermənistan SSRİ tərkibində müttəfiq respublika elan olundu. "İnternasional" SSRİ himni kimi həm də müttəfiq respublikaların himni idi. İnternasionalın musiqisinin müəllifi Belçikalı bəstəkar Pyer Deqeyter 1928-ci ildə ömürlük olaraq SSRi Xalq Komissarları Sovetinin xüsusi təqaüdü ilə mükafatlandırıldı.

1943-cü ildə İkinci Dünya müharibəsinin ən qızğın vaxtında Stalinin göstərişi ilə SSRİ-nin himni dəyişdirildi. Bununla da SSRİ "İnternasional"dan və sosializm inqilabını dünyaya yaymaq ideyasından imtina etdi. Çünki bunu antihitler koalissiyasında birləşən qərb müttəfiqləri tələb edirdi. Buna səbəb müttəfiqlərin Avropada faşist Almaniyasına və onun tərəfdarlarına qarşı ikinci cəbhə açmaq istəyi idi. Ona görə də qərb müttəfiqlərinin, əsasən də ABŞ və Böyük Britaniyanın təkidi ilə Stalin 1943-cü il 15 mayda Kominterni (Kommunist İnternasionalı) buraxdı. Elə 1943-cü ilin may ayında da yeni himn üçün xüsusi dövlət komissiyası yaradıldı.

1943-cü ilin ikinci yarısında müharibədə vəziyyət antihitler koalissiyasının və SSRİ-nin xeyrinə dəyişməyə başladı. Buna görə də 1943-cü il 28 noyabr-1 dekabr tarixində "Böyük Üçlük" dövlətləri, ABŞ, Böyük Britaniya və SSRİ rəhbərləri faşist Almaniyasına və onun müttəfiqlərinə qarşı həlledici mübarizənin strateqiyasını və müharibədən sonrakı dövrdə dünya düzənin tənzimlənməsinin müzakirəsi üçün tarixi Tehran Konfransına toplaşdılar. Stalin Tehran Konfransı ərəfəsində müttəfiqlərin tələblərinə diqqətlə yanaşdığını göstərmək məqsədi ilə yeni himn üçün elan olunmuş müsabiqəni yekunlaşdırır.

Himnin dəyişdirilməsinə hazırlıq işləri hələ 1942-ci ilin birinci yarısından başlanmışdı. 1943-cü ilin may ayında yeni himnin hazırlanması üçün yaradılan xüsusi dövlət komissiyasının sədri SSRİ Xalq Komissarları Soveti sədrinin müavini, bundan əvvəl SSRİ Hərbi və Dəniz işləri Xalq komissarı olmuş marşal Klim Voroşilov, sədr müavini Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitədinin üzvü, SSRİ Müdafiə Xalq komissarının müavini, Qırmızı Ordunun Baş Siyasi İdarəsinin rəisi Alekdandr Şerbakov təyin olunur.

Şerbakov müsabiqədə partiya nəzarətini həyata keçirir və Stalinlə müsabiqə iştirakçıları arasında vasitəçi rolunu oynayırdı. Yeni himnin hazırlanması işi olduqca vacib hərbi əməliyyat kimi həyata keçirilirdi. Müharibənin ən qızğın vaxtında, Leninqradın blokadası davam etdiyi vaxtda, açlığın, səfalətin tüğyan etdiyi bir vaxtda dövlətin bütün resursları, o cümlədən informasiya resursları himn müsabiqəsinin keçirilməsinə cəlb edilmişdi. SSRİ-də nə bundan əvvəl, nə də bundan sonra belə geniş miqyasda müsabiqə keçirilməmişdi.

Ölkənin demək olar ki, ən məşhur, tanınmış bəstəkarı və şairləri himn yazmaq üçün cəlb olunmuşdu. Dövlət komissiyasına 170 bəstəkar 223 himn variantı təqdim etmişdi. Himnin mətnini yazmaq üçün cəlb olunmuş 42 şair komissiyaya xeyli sayda mətn nümuməsi təqdim etmişdi. Bəzi bəstəkarlar öz variantlarından başqa digər bir bəstəkarla həmmüəllif kimi yazdıqları himn nümunəsi də təqdim etmişdilər. Maraqlı məqam ondandır ki, bəstəkarlar öz istəkləri ilə həmmüəllif olmamışdılar. Onlara Stalinin cütləşdirdiyi cütlük kimi himn yazmaq tövsiyə olunmuşdu. Bu təklifdən isə boyun qaçırmaq mümkünsüz idi. Ümumiyyətlə himn müsabiqəsimdə iştirak edəcək bəstəkar və şairlərin siyahısını "dahi rəhbər" şəxsən özü təsdiqləmişdi. Baxmayaraq ki, himn kimi qəbul olunacaq əsəri o çoxdan seçmişdi. Daha doğrusu bəyəndiyi mahnını himn kimi müəyyən etmişdi, sözlərini özü səxsən nəzarət və düzəlişlər edərək yazdırırdı. Görüntü yaratmaq üçünsə böyük bir tamaşa qurmuşdu və bu tamaşada nəinki ölkədə, bütün dünyada tanınan bəstəkarlara rol ayırmışdı. Hər kəs də öz rolunu oynamağa məcbur idi. Xalqlar atasının, millətlərin dahi rəhbərinin qurduğu bu absurd tamaşada iştirak etməkdən yayınmaq vətənə xəyanət kimi dəyərləndirilə biləcəyi üçün adlı sanlı bəstəkarlar canlarını dişlərinə sıxıb Stalinin tövsiyyələrini yerinə yetirirdilər. Stalin isə himn olacaq əsəri çoxdan seçmişdi. Amma tam ciddiyyətlə, ölkənin bütün resurslarını səfərbər etməklə yeni himn müsabiqəsi keçirildiyi görüntüsünü yaradırdı.

(ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Noyabr 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see303

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see235

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see231

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see153

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see139

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see137

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see137

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see133

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see132

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see131

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see130

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see128

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see127

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see126

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see126

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see125

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see125

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see124

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see123

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri