Icma.az
close
up
RU
Bir daha Himnimiz haqqında

Bir daha Himnimiz haqqında

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kamil Şahverdi

IV yazı

(əvvəli BU LİNKDƏ)

...Müsabiqəyə təqdim olunmuş hər bir musiqi və mətn nümunəsi himn komissiyası tərəfindən diqqətlə öyrənilirdi. Eyni zamanda musiqi nümunələri canlı olaraq səsləndirilərək dinlənilirdi. Bunun üçün ölkənin ən yaxşı misiqi kollektivləri-Böyük Teatrın, Radio Komitəsinin və Aleksandrovun rəhbərliyi iləQırmızı ordunun hərbi orkestr və xoru, səfərvbər edilmişdi. Əsərlər musiqi kollektivlərinə verilir, hazır olanda isə Böyük Teatrın Bethoven zalında orkestrin ifasında dinlənilirdi. Himn müsabiqəsində iştirak etmək üçün Dmitri Şostakoviç, Sergey Prokofyev, Reynqold Qliyer, Dmitri Kobalevski, Matvey Blanter, İssak Dunayevski, Yuri Şaporin, Aram Xaçaturyan, Tixon Xrennikov bə b. tanınmış bəstəkarlar, V. Lebedev-Kumaç, V. Qusev, N. Tixonov, M. İsakovski, Y. Dolmatovski, S. Mixalkov, R. El-Registan, N. Aseyev, O. Kolıçev, S. Alımov, M. Qolodnıy, N. Simomov, O. Berqolts və b. məşhur şairlər cəlb olunmuşdu. Bir ildən artıq davam edən gərgin iş nəticəsində müsabiqənin növbəti mərhələsində iştirak edəcək müəlliflər seçilir.

Bu haqda yeni himn üçün yaradılmış xüsusi komissiyanın sədr müavini Aleksandr Şerbakovun 1943-cü ilin may ayında Stalinə məruzəsində məlumat verilir. Şerbakovun Stalina məruzəsindən bəzi məlumatlar Qazeta.ru nəşrində əksini tapıb. Orda qeyd olunur : "...1942-ci ilin yazından başlayaraq bir il davam edən gərgin iş nəticəsində xüsusi komissiya tərəfindən himn yazmaq üçün 42 şairdən 19 nəfər, 170 bəstəkardan isə 8 nəfər seçilırmişdir. Müsabiqə qaliblərinə böyük məbləğdə mükafat verilməsi-100 min rubl nəzərdə tutulub". (Stalin müharibə vaxtı niyə yeni himn yazdırdı. Qazeta.ru

22 dekabr 2023.)

Müharibənin ən qızğın vaxtında Stalinin himn məsələsinə bu qədər diqqət ayırması bir çox sovet ziyalılarında suallar doğursa da, buna münasibət bildirmək o dövrdə mümkün deyildi. Sonralar bir çoxları xatirələrində bu movzuya toxunaraq fikirlərini bildirəcəklər. Yeni himnin qəbulu təxirəsalınmaz, müharibə getməsinə baxmayaraq ən vacib dövlət məsələsi kimi təqdim olunsa da, əslində bunun absurd tamaşa olduğu məlum idi. Stalinin düzənlədiyi və rejissoru olduğu növbəti absurd bir tamaşa. Çünki SSRİ-də hər şey bir nəfərin qərarından asılı idi. Ona görə də bu qədər can fəşanlıqla, hərbi marşalın rəhbərliyi və hərbi siyasi baş idarənin nəzarəti ilə keçirilən himn müsabiqəsi formal xaraktet daşıyırdı. Stalin dövlət himnini özlüyündə çoxdan müəyyən etmişdi. Sadəcə adlı-sanlı bəstəkarların, şairlərin başını qatmaq üçün tamaşa qurmuşdu.

Müsabiqəyə cəlb olunan şair və bəstəkarlarım siyahısını da Stalin şəxsən özü tərtib etmişdi. Hələ 1943-cü ilin əvvəlində Stalin gələcək himnin mətni üzərində düzəlişlər aparırdı. Komissiyaya xeyli sayda himn mətni təqdim olunsa da, komissiya üzvləri bu mətnlərin hamısını diqqətlə öyrənsə də, Stalin özü seçdiyi mətndə dəyişikliklər etmək üçün şairlərə tapşırıqlar verirdi. Stalinin mətn üzərində düzəlişlər etməsi əldə olunan arxiv sənədlərindən də məlumdur. Mətnin həmmüəlliflərindən olan Serqey Mixalkov xatirələrində qeyd edir:

Baş katib (Stalin-K. Ş.) bizi Kremlə aparmaq üçün maşın göndərirdi. Bizi Kremlə gətirib düzəlişləri təqdim edirdilər. Biz dərhal mətndə bu düzəlişləri qeyd edirdik. (spb.kp.ru 14 dekabr 2023. Aleksandr Dıbin)

(Ctalinin düzəliş etdiyi himn mətnləri təqdim olunur).

Rusiya dövlət sosial-siyasi tarix arxvində qorunan sənədlərdən də məlum olur ki, Stalin himn mətni üzərində dəfələrlə düzəlişlər edərək şairlərə qaytarmışdı. Şəkil 1-də gördüyünüz sənəddə Stalinin qırmızı qələmlə etdiyi düzəlişlər əks olunur. Fikir verin, yuxarı sol küncdə "7-ci variant" yazılıb. 1943-cü il 23 senyabr qeyd olunmuş bu sənəddən məlum olur ki, himn mətni üzərində həqiqətən aylardır iş gedir. (Arxiv sənədləri. Rusiya dövlət sosial-siyasi tarix arxivi. F. 558. Op. 1. D. 3399. L. 1-4.)

Yeni himn mətninin müəllifləri Serqey Mixalkov və Qabriel El-Reqistan ( əsil soyadı Ureklyan) da Stalin tərəfindən çütlənmişdi. Rusiya arxivində qorunan digər sənədlərdə oktyab, noyabr aylarında da Stalin tərəfindən mətn üzərində düzəlişlərin aparıldığı məlum olur. Bu düzəlişlər əsasən gecə saatlarında, 28 oktyabrda saat 22:20-də, yenə 28 oktyabrda saat 23:45-də, 4 noyabrda saat 21:35-də, Kremldə edildiyi göstərilir.

Demək ki, Stalin hələ illər öncə bəstəkar Aleksandr Aleksandrovun yazdığı "Partiya haqqında mahnı" nı bəyənmiş və gələcəkdə bu mahnını himn kimi qəbul olunacağını düşünmüşdü. Aleksandrov bu mahnını 1938-ci ildə V. İ. Lebedev-Kumaçın sözlətinə bəstələmişdi. Elə ilk ifadan mahnı Stalinin diqqətini cəlb edir və o mahnı haqqında fikirlərini bildirir. Tanınmış bəstəkar Dmitriy Şostakoviç bu hadisəni belə xatırlayır:

"...Qırmızı ordunun xoru ilk dəfə Aleksandrovun rəhbərliyi ilə bu mahnını rəsmi dövlət konsertində ifa etdi. Bu müharibədən əvvəl olmuşdu. Antraktda Aleksandrovu Stalinin lojasına dəvət etdilər və rəhbər ərz elədi ki, konsertin sonunda mahnını bir də şəxsən onun üçün ifa etsinlər. Sonra bunu "Partiya haqqında mahnı" adlandırdılar və Aleksandrov öz ansamblı ilə onu marş ritmində ifa etdi. Stalin göstəriş verdi ki, bir qədər yavaş tempdə, himn kimi oxusunlar. Dinlədikdən sonra o onu "linkor-mahnı" (linkor-zirehli xətt gəmisi-K. Ş.), adlandırdı və yeni ad qoydu. O vaxtdan bu mahnı "Bolşeviklər partiyasının himni" adlanmağa başladı."

(Volkov Solomon. Şahidlik. Dmitri Şostakoviçin xatirələri. Limelight editions. 1979. səh. 61.)

Hələ 1938-ci ildə Stalin Aleksandrovun "Partiya haqqında mahnı"sını himn kimi görürdü və onu ilk eşitdikdə himn adlandırmışdı. Mahnını "Bolşeviklər partiyasının himni" adını da özü vermişdi. 1943-cü ildə yeni himnin qəbulu üçün xüsusi komissiya yaradılmamışdan qabaq, yəni 1942-ci ildən Serqey Mixalkov və Qabriel El-Reqistanı (Ureklyan) çütləyərək onlara mətn yazdırır. Bir çoxları Stalini sovet himnin üçüncü həmmüəllifi adlandırırdı. Həqiqətən də Stalin mətn üzərindı nəzərə çarpacaq qədər düzəlişlər etmişdi. Mətnin ilkin variantı hazır olandan sonra 1943-cü ilin may ayında, Komintern buraxılandan dərhal sonra xüsusi himn komissiyası yaradılır. Qeyd etdiyim kimi. Stalin özlüyündə himn olacaq əsəri müəyyən etmişdi. Gəncliyində arada şeir yazmağa həvəs göstərdiyinə görə yəqin ki, himn mətninin də qaralamasını etmişdi. Bir-birindən tamamilə fərqlənən S. Mixalkovu və Q. Ureklyanı (Reqistanı) çütləyib onlarla mətn üzərində işləmişdi. İlkin variant hazır olandan sonra himn komissiyasına göstəriş verir ki, mətni bəstəkarlara paylasınlar. Bəstəkarların siyahısını da özü təsdiqləmişdi. Dmitri Şostakoviç xatirələrində himnlə bağlı olduqca maraqlı məqamlara toxunur:

"...Mənim Stalinlə görüşüm belə şəraitdə baş vermişdi. Müharibə vaxtı qərara alındı ki, "İnternasional" sovet himni üçün yaramır. Onun mətnini ideoloji baxımdam uyğunsuz hesab etdilər. "İnternasional" fransız əsəri idi. Necə ola bilər ki, ruslarda fransız himni olsun? Məgər biz öz himnimizi yarada bilmərik? Bax belə yeni bir mətn cızma-qara edib bəstəkarlara payladılar ki, tez olun ölkənin yeni himnini yazın. Müsabiqədə iştirak etmək məcburi idi. Soruşan yox idi iştirak etmək istəyirsən, ya yox. Əks halda sənə iş açardılar ki, sən məsuliyyətli tapşırıqdan yayınırsan. Əlbəttə ki, bir çox bəstəkarlar üçün bu seçilmək, necə deyərlər, tarixə iməkləmək şansı yaratmışdı.

Bəziləri dəridən-qabıqdan çıxırdılar. Dostum Aram Xaçaturyan 7 himn yazmışdı. Beləcə ümumxalq bəstəkarı olmaq istəyirdi. Əslində bu bəstəkar zəhmətkeşliyi ilə heç vaxt seçilmirdi. Amma bu məsələdə möcüzəvi can fəşanlıq göstərirdi.

Mən də himn yazdım. Sonsuz dinləmələr başladı. Hərdən Stalin gələr və davamlı dinləyərdi. Sonra əmr etdi ki, biz Xaçaturyanla birlikdə himn yazaq. Bu çox yersiz ideya idi. Biz Xaçaturyanla tamamilə fərqli bəstəkarlarıq. Yazı üslubumuz, iş maneramız başqa başqadır. Bizim xarakterlərimiz də fərqlidir. Birdə ki, hansı bəstəkar istər ki, kolxozda işləsin? Nə etmək olar, əmrə tabe olmağa məcbur idik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Dekabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri