Icma.az
close
up
RU
Bir damcı... Su Ehtiyatları Agentliyində müavinlərin də sayı artır, susuzluqdan yanan sakinlərin də...

Bir damcı... Su Ehtiyatları Agentliyində müavinlərin də sayı artır, susuzluqdan yanan sakinlərin də...

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Su Ehtiyatları Agentliyinə yeni müavinlər təyin olunub. Bunun nə dərəcədə effektli olacağını indidən təxmin edə bilmərik. Abonentlərin xəbərə reaksiyası göstərir ki, insanlar yeni təyinatlardan müsbət bir şey gözləmir. Çünki onların su problemləri aylardır, illərdir həllini tapmır.

Bizimyol.info xəbər verir ki, agentlik su ehtiyatlarının qorunması ilə bağlı təbliğat mətnləri hazırlayır. Həmin mətnlərdə sudan qanunsuz istifadənin cinayət olmasından danışılır. Bildirilir ki, məhz ayrı-ayrı vətəndaşların sudan düzgün istifadə etməməsi başqalarının susuz qalmasına səbəb olur. Dövlət qurumu özünəməxsus şəkildə camaatı tənbeh edir. Su Ehtiyatları Agentliyi bir növ məsuliyyəti daha çox abonentlərin üzərinə atmağa çalışır. Amma insanlar agentliyə müraciətlər yazır ki, "müavinlərin sayını artırmaqdansa, problemləri həll etmək lazımdır".

Eltun Dövlətzadə yeni müavinləri Xırdalandakı 26-cı məhəlləyə dəvət edir. Şəhər sakini yazır ki, kanalizasiya problemi aradan qaldırılmalıdır. Hökməlidə yaşayan Ataş Şahməmmədov da oxşar çətinliklə üzləşdiklərini qeyd edir. Kanalizasiya suları Azadlıq küçəsində yola axır. Üstəlik, Rəsul Rza küçəsində illərdir su yoxdur.

Minə Kərimova noyabrın 16-dan problemini həll etməyə çalışdığını, amma ona əhəmiyyət verilmədiyini bildirir. Paytaxt sakininin sözlərinə görə, onların mənzilinə sayğacda göstərildiyindən daha böyük borc yazılıb. Qaynar xəttə dəfələrlə məlumat verilib. Buna baxmayaraq, abonentdən daha çox pul ödənilməsi istənilir.

Agentlik, adətən, əksər müraciətləri cavabsız qoyur. Bir növ vətəndaşı saymamaq siyasəti yürüdülür. Halbuki abonentlər onlarla müraciətində çarəsiz qaldığını bildirir. Oxuyanda belə qənaətə gəlmək olur ki, ölkənin müxtəlif yerlərinə illərlə su verilmir. Hətta paytaxtda belə yerlərdən xəbərdar olmaq mümkündür. İnsanlar bununla bağlı agentliyi hər vasitə ilə məlumatlandırmağa çalışır. Nə qədər bu qəbildən olan rəylər diqqət çəkir. Lakin laqeyd münasibət vəziyyəti yaxşılığa doğru dəyişməyə imkan vermir.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Noyabr 2024 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri