“Bir damla qan, min ümidə can” 4 şəhərdə qanvermə aksiyası keçiriləcək
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
27 Sentyabr - Anım Gününə həsr olunmuş "Bir damla qan, min ümidə can” devizi ilə könüllü qanvermə aksiyası təşkil olunacaq.
AZXEBER.COM xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Respublika Qan Bankı, "Marsol Group” və "Məlhəm Beynəlxalq Hospital”ın tərəfdaşlığı ilə 23-25 sentyabr tarixlərində keçiriləcək aksiyaya sahibkarlar və şirkət əməkdaşları, eləcə də hər bir şəxs könüllü qoşula bilər.
Qanvermə aksiyası aşağıdakı ünvanlarda təşkil olunacaq:
- Lənkəran-Astara iqtisadi rayonu üzrə 23 sentyabrda Lənkəran şəhərində (Ünvan: Respublika Qan Bankı PHŞ Lənkəran bölməsi);
- Quba-Xaçmaz iqtisadi rayonu üzrə 24 sentyabrda Quba şəhərində (Ünvan: Respublika Qan Bankı PHŞ Quba bölməsi);
- Şəki-Zaqatala iqtisadi rayonu üzrə 24 sentyabrda Şəki şəhərində (Ünvan: Respublika Qan Bankı PHŞ Şəki bölməsi);
- Bakı şəhəri üzrə 25 sentyabrda "Bakı KOB evi”ndə, Respublika Qan Bankında və Məlhəm Beynəlxalq Hospitalında.
Aksiya çərçivəsində tədarük olunacaq qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, "Bir damla qan, min ümidə can” devizi ilə qanvermə aksiyasında ötən il 800-ə yaxın şəxs qan verərək xeyirxah təşəbbüsə dəstək olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 21 Sentyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















