Icma.az
close
up
RU
Bir dəqiqə yubanma metro üçün dəhşətli rəqəmdir, 810 dəqiqəlik yubanmalar isə... Yeraltı nəqliyyatın problemləri

Bir dəqiqə yubanma metro üçün dəhşətli rəqəmdir, 810 dəqiqəlik yubanmalar isə... Yeraltı nəqliyyatın problemləri

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Bakı metrosu paytaxtımızın əsas ictimai nəqliyyat vasitələrindən biridir. Hazırda sistem 4 xətdən və 27 stansiyadan ibarətdir.

Bakıvaxtı.az xəbər verir ki, bu ictimai nəqliyyatdan gündəlik istifadə edən sərnişinlərin sayı mövsümə və gündəlik sıxlığa görə dəyişir. Belə ki, normal iş günlərində təxminən 650 000-700 000 sərnişin metrodan istifadə edir. Bu rəqəm pik vaxtlarda daha çox olur, xüsusən də səhər və axşam - iş vaxtının başlanğıcı və sonunda.

Lakin metro sistemimizdə böyük problemlər və ciddi əskikliklərin olduğu son zamanlar daha çox müşahidə edilir. Belə ki, "Həzi Aslanov" stansiyasının təmirə bağlanmasından sonra qatarlararası intervallarda ciddi gecikmələr olur. Sıxlıq və köhnəlmiş infrastruktur müəyyən təhlükəsizlik riskləri yaradır. Buna görə də metromuzda biabırçı vəziyyət yaranır.

Bəs bu problemlər nə vaxt həllini tapacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, COP29 ərəfəsində ölkəmizin ən yüklü ictimai nəqliyyatında nisbi sakitlik müşahidə edilirdi:

"Ölkəmizin ev sahibliyi etdiyi COP29 tədbiri ərəfəsində metrodan istifadəçi sayı azalmışdı. Bunun səbəbi isə təhsil müəssisələrinin və dövlət qurumlarının onlayn rejimdə fəaliyyət göstərməsi idi. Bu da o deməkdir ki, gündəlik metrodan istifadə edən sərnişinlərin 25 faizini tələbələr, şagirdlər və təhsil işçiləri təşkil edir. Müşahidə etmək olar ki, yay dövründə də bu tip sıxlığa rast gəlinmir. Qatarların hərəkətində baş verən yubanmalar da demək olar ki, yox səviyyəsinə düşür".

Texniki nasazlıq məsələlərindən söz açan mətbuat katibi diqqətə çatdırıb ki, bu tip problemlər yaşandıqda ictimaiyyətə dərhal məlumat verilir:

"Metroda baş verən texniki problemlərlə bağlı biz mütəmadi olaraq məlumat veririk. Birmənalı olaraq bu məsələlərə ciddi yanaşırıq. Mövcud vəziyyətdə isə tənzimləmələr yalnız stansiya girişlərində həyata keçirilir. Problemin kökündə dayanan nüans isə xətlərin ayrı olmasıdır".

Bəxtiyar Məmmədov: Problemlərin həll edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq işlər görülür

Onun sözlərinə görə, bu məsələ ilə bağlı çıxış yolu əldə etmək üçün bir neçə əhəmiyyətli məsələ var:

"İlk növbədə, hər bir xəttin vaqon deposu olmalıdır. Bir xətt digər xəttə kəsişərək birləşməməlidir. Bu istiqamətdə hərəkətlilik artıb. Hazırda bu problemlərin həll edilməsi üçün Bakı şəhərinin Baş Planı rəhbər tutulub, əməkdaşlarımız araşdırma aparmağa davam edir. Biz gündəlik olaraq sərnişinlərlə kontaktda oluruq, onların problemlərini dinləyirik. Bizim vəzifəmiz təbii ki, sərnişinlərin ən yaxşı formada mənzil başına çatmasını təmin etməkdir. Lakin texniki imkanlar bizi çərçivədən kənara çıxmağa qoymur. Qatarların sayı ilə bağlı isə problem yoxdur".

Son olaraq B.Məmmədov vurğulayıb ki, problem qatarların sayında yox, xətlərin qrafiklərə uyğun hərəkət prosesində yaranan problemlərdir:

"Bir dəqiqə yubanma Bakı metrosu üçün dəhşətli rəqəmdir. 8-10 dəqiqəlik yubanmalar isə ifrat dərəcədə ciddi rəqəmdir. Problemlərin həll edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq işlər görülür".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Dekabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see293

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see235

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see209

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see171

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see167

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see147

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see142

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see125

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Kəpəz Araz Naxçıvan ı bu qolla kubokdan kənarlaşdırdı Video

05 Dekabr 2025 00:49see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri