Icma.az
close
up
RU
“Bir ekosistem”inin sposorluğu ilə “INMerge” İnnovasiya Sammiti uğurla başa çatdı

“Bir ekosistem”inin sposorluğu ilə “INMerge” İnnovasiya Sammiti uğurla başa çatdı

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın ən böyük texnologiya tədbirlərindən biri olan “INMerge” İnnovasiya Sammiti (INMerge Innovation Summit) “Paşa Holding”in təşkilatçılığı və “Bir ekosistem”inin sponsorluğu ilə uğurla başa çatdı. 

29-30 sentyabr 2025-ci il tarixlərində baş tutan tədbir Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan korporasiyalar, investorlar, startaplar və ekosistem oyunçularını bir araya gətirərək regional innovasiya mühiti üçün əhəmiyyətli platforma oldu.

Sammitin açılış mərasimində İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev çıxış etdilər. 

Mikayıl Cabbarov texnologiya və kreativliyin yeni inkişaf yolları açdığını vurğulayaraq son 20 ildə Azərbaycana cəlb edilən 344 milyard dollardan çox sərmayənin 210 milyard dollardan çoxunun qeyri-neft sektoruna yönəldiyini vurğuladı. “Paşa Holding”in Baş İcraçı direktoru Cəlal Qasımov isə tədbiri Mərkəzi Avrasiyanın aparıcı innovasiya forumu adlandıraraq onun regional əhəmiyyətini qeyd etdi.

5000-dən çox iştirakçı, 150 spiker, 100 startap və 80-dən artıq vençur fondun qatıldığı tədbirdə “Pixar”ın qurucusu Edwin Catmull, “OpenAI”ın keçmiş “Go-To-Market” rəhbəri Zack Kass və Harvard professoru Tarun Khanna kimi qlobal liderlər panel müzakirələrində iştirak etdilər.

Qeyd edək ki, “Bir ekosistem”i sammitdə öz brendləri olan “Birbank”, “Birmarket”, “m10” və “Trendyol Azərbaycan” ilə təmsil olundu.

 Tədbir çərçivəsində “Bir ekosistem”inin Baş İcraçı direktoru Fərid Məmmədov “Keçiddən transformasiyaya: İnnovasiya və inkişaf üçün institutlar quran liderlərin yetişdirilməsi” (From Transition to Transformation: Developing Leaders Who Build Institutions for Innovation and Growth) adlı panel müzakirəsində çıxış etdi. Müzakirədə liderlərin üzləşdiyi çətinliklər və davamlı öyrənmənin zərurəti vurğulandı. O, həmçinin “Şirkətlər liderlər yaradır, yoxsa liderlər şirkətləri formalaşdırır?” sualına toxunaraq bu münasibətin dinamik və ikitərəfli bir proses olduğunu ifadə etdi.

“Birbank”ın Baş İcraçı direktoru Fərid Hüseynov da tədbirin ilk günündə “Bankçılıqdan daha çoxu: İnkişaf edən fintex ekosisteminin formalaşdırılması” (Beyond the bank: Growing a thriving fintech ecosystem) adlı panel müzakirəsində iştirak etdi. O, bankçılığın gələcəyi, fintex ekosisteminin inkişafı və rəqəmsal transformasiyanın vacibliyi barədə dəyərli fikirlərini bölüşdü.

Tədbir iştirakçılar üçün qazanılan biliklər, fikir mübadiləsi, yeni tanışlıqlarla yadda qaldı.

“Bir ekosistem” ölkənin aparıcı brendləri olan “Birbank”, “Birmarket”, “m10” və “MilliÖn” brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem “Trendyol Azərbaycan” və “BakıKart” kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir.

Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, “Birmarket”də “Birbank” vasitəsilə kreditli alış-verişdən, “Trendyol Azərbaycan”da “Birbank” taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – “Vahid giriş”, “Vahid bonus”, “Vahid ödəniş” və “Vahid kredit” platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri