Icma.az
close
up
RU
“Bir esse ilə jurnalist potensialını müəyyənləşdirmək qeyri obyektivdir” Hacıbəy Heydərli

“Bir esse ilə jurnalist potensialını müəyyənləşdirmək qeyri obyektivdir” Hacıbəy Heydərli

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Avqustun 4-də Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün növbəti dəfə qabiliyyət imtahanı təşkil etdi.

Bu imtahan yenidən cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Proses zamanı həm abituriyentlər, həm də onların valideynləri arasında bir sıra suallar və narahatlıqlar yaranıb.

Görəsən bu imtahan modeli həqiqətən jurnalistikaya qəbul üçün ən doğru yoludurmu?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, jurnalist Hacıbəy Heydərli hesab edir ki, jurnalistikaya qəbul zamanı tətbiq edilən qabiliyyət imtahanının ləğvi artıq gündəmə gətirilməlidir:

“Çünki mövcud prosedur yalnız bir esse və ya məqalə yazmaqla abituriyentin jurnalist kimi potensialını ölçməyə çalışır. Bu isə kifayət qədər qeyri-obyektiv və dar yanaşmadır. Təkcə müəyyən bir mövzuda yazılmış məqalə ilə 11-ci sinif məzununun gələcəkdə peşəkar jurnalist olub-olmayacağına qiymət vermək düzgün deyil.

Jurnalistika yaradıcı, intellektual və dərin məsuliyyət tələb edən bir peşədir. Bu səbəbdən hesab edirəm ki, jurnalistika fakültəsinə qəbul üçün qabiliyyət imtahanı deyil, yüksək bal əsas götürülməlidir. Yəni, bu ixtisası prioritet olaraq seçmiş, müəyyən keçid balını toplamış gənclər müsabiqə əsasında bu fakültəyə qəbul olunmalıdırlar. Bu yanaşma həm ixtisasın nüfuzunu artırar, həm də bu sahəyə həqiqətən marağı və hazırlığı olan gənclərin seçilməsinə imkan verər.

Mən özüm Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm. Həmin dövrdə qəbul balım 545 idi, halbuki həmin il keçid balı 526 bal müəyyən edilmişdi. O illərdə qabiliyyət imtahanı tətbiq olunmurdu, lakin yüksək balla qəbul olunmuş tələbələrin jurnalistikaya bağlılığı və marağı daha güclü idi. Bu da keyfiyyətli kadrların formalaşmasına müsbət təsir göstərirdi”.

Hacıbəy Heydərli bildirib ki, bu gün jurnalistika fakültəsinə 200-250 balla qəbul olunan tələbələrin əksəriyyəti sonradan bu sahədə fəaliyyət göstərmir və ya jurnalistikaya maraq göstərmir:

“Onlar ya təhsili yarımçıq qoyur, ya da tamamlasa belə, bu istiqamətdə fəaliyyət göstərmirlər. Bu isə həm təhsil sistemimiz, həm də medianın gələcəyi üçün narahatedici haldır.

Ona görə də hesab edirəm ki, jurnalistika fakültəsinə qəbul üçün yüksək keçid balı əsas götürülməlidir. Bu sahəni prioritet olaraq seçən, yüksək bal toplamış, motivasiyalı gənclər sonradan həm təhsilləri dövründə, həm də müxtəlif kurslar və təlimlərlə bilik və bacarıqlarını artıraraq peşəkar jurnalist kimi formalaşa bilərlər.

Beləliklə, həm media savadlılığının, həm də ümumilikdə jurnalistikanın inkişafına töhfə verən, cəmiyyətə yararlı və dürüst media nümayəndələri yetişə bilər”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Avqust 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri