Icma.az
close
up
RU
Bir gün Bakıda nəqliyyat pulsuz olacaq

Bir gün Bakıda nəqliyyat pulsuz olacaq

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyada ictimai nəqliyyatı tamamilə pulsuz olan ölkələr var; professor deyir ki, ölkəmizdə heç olmasa müəyyən günlərdə ictimai nəqliyyat pulsuz olmalıdır

23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Türkiyədə ictimai nəqliyyat pulsuz xidmət göstərib. Bununla bağlı prezident fərmanı Türkiyənin “Resmi Gazete”sində dərc olunub.

Fərmanda qeyd olunur ki, 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə Başkentray və Marmarayda, o cümlədən Sirkeci-Kazlıçeşme dəmiryol xətti və Gayrettepe-İstanbul hava limanı-Arnavutköy istiqamətləri üzrə hərəkət edən ictimai nəqliyyatda gediş haqqı pulsuz olacaq.

Dünya praktikasında bir çox ölkələrdə bayram günlərində ictimai nəqliyyat pulsuz xidmət göstərir. Ölkəmizdə həftənin bazar günləri Bakıda parklanma yerləri ödənişsizdir. Bəs bəzi bayram günlərində (məsələn, 28 Mayda) ictimai nəqliyyatın ödənişsiz xidmət göstərməsi nə dərəcədə mümkündür?  

Yalnız Türkiyədə deyil, dünya praktikasında bir sıra ölkələrdə və şəhərlərdə ictimai nəqliyyatın tamamilə və ya müəyyən günlərdə pulsuz olması təcrübəsi var. Bu, ətraf mühitin qorunması, tıxacların azaldılması və sosial ədalətin təmin olunması məqsədi daşıyır. Misal üçün, Lüksemburq dünyada ilk ölkədir ki, 2020-ci ildən etibarən bütün ictimai nəqliyyatı tamamilə pulsuz edib. Avtobus, tramvay və qatarlar həm şəhər daxilində, həm də şəhərlərarası səfərlərdə pulsuzdur.  Estoniyanın Tallin şəhərində 2013-cü ildən bəri daimi sakinlər üçün ictimai nəqliyyat pulsuzdur. Digər Estoniya şəhərləri də bu modelə keçməyə çalışıblar. Almaniyada bəzi şəhərlərdə qısa müddətli və ya bayram günlərinə xüsusi layihələr çərçivəsində pulsuz nəqliyyat xidməti təqdim olunur. Məsələn, Berlin müəyyən günlərdə bu təcrübəni tətbiq edib. ABŞ-da da bəzi şəhərlərdə, xüsusən Kansas City, Columbia (South Carolina) və Chapel Hill (North Carolina) kimi şəhərlərdə ictimai nəqliyyat pulsuzdur. Hindistanın Dehli şəhərində isə yalnız qadınlara metroda və bəzi avtobus xətlərində pulsuz gediş haqqı təqdim olunur.

Ölkəmizdə nəqliyyat özəl və dövlət strukturlarına ayrılır. Dövlət strukturunda müəyyən şəxslər üçün müxtəlif güzəştlər tətbiq edilir.  Amma bu proses də metro və avtobuslardan istifadədə fərqlidir. Məlumdur ki, ölkəmizdə 5 yaşdan aşağı olan şəxslər bütün nəqliyyat vasitələrindən ödənişsiz istifadə edə bilirlər. Özəl sektordan bunu gözləmək çətindir, dövlət strukturlarında nəqliyyatdan pulsuz istifadə edilməsinə müəyyən təşəbbüslər ola bilər. Bununla bağlı müəyyən layihələr də reallaşdırıla bilər. İnanmaq istərdik ki, bir gün paytaxtda nəqliyyat  pulsuz olacaq. Amma o nə vaxt olacaq, bunu söyləmək çətindir.

İqtisad elmləri doktoru, professor Zahid Məmmədov “Yeni Müsavat”a mövzu ilə bağlı fikrini bölüşüb: “Azərbaycanda da bu kimi layihələrin həyata keçirilməsi üçün imkanlar var. Xüsusən də gənclərin mədəni inkişafından danışırıqsa, bunlara diqqət etməliyik. Hətta Rusiyada belə gənclərin, tələbələrin endirimli kartları var. Fransada belə tələbə kartları var, istənilən yerlərə gedə bilirlər. İndi bizdə müəllim yanına gedən uşaqlar nə qədər avtobusa pul ödəyirlər. Metroya minir, sonra avtobusa minir, hər dəfə pul ödəməli olur. Türkiyədə isə avtobusa mindikdən sonra başqa nəqliyyatlara, misal üçün tramvaya mindikdə pulsuz sayılır. Müəyyən saat çərçivəsində bir yerə gedirəmsə, bir neçə dəfə nəqliyyat dəyişirəmsə, pul ödəyirəm, evə gedib çatmağım 3-5 manat pul edir. Biz, əlbəttə, bunu düşünməliyik. Bununla bağlı gərəkli addımların atılmasının vaxtıdır. Müəyyən insanlara bu güzəştlərin olması günün tələbidir. Özəlliklə bir qayda olaraq tələbələrə, şagirdlərə, pensiyaçılara dəstəyimizi göstərməliyik. Elə pensiyaçı var ki, 4-5 dəfə xəstəxanaya gedib gəlir. Bunlar çox vacibdir. Bayramlarda mütləq ictimai nəqliyyat pulsuz olmalıdır. Muzeylər də müəyyən tarixlərdə mütləq pulsuz olmalıdır. Bütün bunlar Azərbaycan xalqının rifahı naminə həyata keçirilməlidir”.

Professor əlavə edib ki, bu kimi layihələrə özəl sektor dəstək verməlidir: “Sosial məsuliyyət çərçivəsində bunu özəl sektor etməlidir. Özəl sektor çalışır ki, insanların rəğbətini qazansın.  Bu gün bütün dünyada şirkətlər sosial məsuliyyət çərçivəsində insanların sosial rifahının inkişafına dəstək olur. Onları işlə təmin edir, məktəb, kitabxana tikir. O şirkətlər ki, müəyyən regionlarda yerləşir, onlar çox zəngin olur. Hazırda Sibirdə fəaliyyət göstərən rus şirkətləri var, onlar hara gedirlərsə, zənginləşirlər. Orada hər şey özəlləşir, bir görəsiniz şirkətlər orada nələr yaradıb. İnfrastruktur, kinoteatrlar, mədəniyyət sarayları yaradıblar. Misal üçün, Domodedovada elə parklar, sanatoriyalar açılıb ki, həmin region da o qədər inkişaf edib ki. Bizdə də Sədərək, Binə, Lökbatan da belə inkişaf etməlidir, çünki orada iş adamları var, sosial məsuliyyət var. İş adamı olan yerdə bu cür layihələrə dəstək verilir. Bu mədəniyyəti bizə də gətirmək lazımdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 Aprel 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri