Bir gündə 3 dəfə fikrini dəyişdi...
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
“Sanderlend” klubu “Lion”un vingeri Malik Fofananın transferini elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Nəşr yay transfer pəncərəsinin son günündə futbolçu ilə bağlı baş verən komik hadisənin təfərrüatlarını açıqlayıb.
Məlumata görə, sentyabrın 1-də Lion hava limanında Fofananı eyni vaxtda iki özəl təyyarə gözləyibmiş:
“Təyyarələrdən biri biri “Sanderlend”ə, digəri isə “Kristal Pelas”a məxsus idi. 21 yaşlı belçikalı futbolçu əvvəlcə “Sanderlend”ə keçməyi planlaşdırsa da, “Kristal Pelas”ın məşqçisi Pyer Saj ilə danışıqdan sonra fikrini dəyişib. “Lion”da birlikdə çalışdığı keçmiş məşqçisinin sözündən sonra Fofana “qartallar”ı seçib. Lakin “qara pişiklər” təslim olmaq niyyətində deyildilər və hər iki Premyer Liqa klubu eyni vaxtda oyunçu üçün tibbi müayinə təyin edib.
Liona növbəti – üçüncü özəl təyyarə ilə “Sanderlend”in sahibi Kirill Lui-Dreyfus şəxsən təşrif buyurub. Klub rəhbəri ilə təkbətək həyata keçirilən görüşdən sonra Fofana yenidən fikrini dəyişərək ilkin seçiminə – “Sanderlend”ə qayıdıb.
Nəticədə “Sanderlend” gənc vingeri 30 milyon avroya transfer edib. 21 yaşlı futbolçu ilə 2031-ci ilə qədər müqavilə imzalanıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 03 Sentyabr 2026 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















