Icma.az
close
up
RU
Bir gündə 35,8 milyard dollar qazandı

Bir gündə 35,8 milyard dollar qazandı

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Texnologiya nəhəngi “Dell Technologies”in səhmlərinin kəskin bahalaşması şirkətin təsisçisi və baş direktoru Maykl Dellin sərvətini bir gündə 35,8 milyard dollar artırıb.

“Qafqazinfo” xəbər verir ki, şirkət səhmləri birjada 32,1 faiz yüksələrək tarixinin ən uğurlu ticarət gününü yaşayıb.

Bununla da Maykl Dellin xalis sərvəti 245,9 milyard dollara çatıb və o, dünyanın ən varlı şəxsləri siyahısında ön sıralara yüksəlib.

“Dell”in açıqladığı birinci rüb maliyyə nəticələri bazar proqnozlarını əhəmiyyətli dərəcədə geridə qoyub. Şirkət səhm başına 4,86 dollar mənfəət əldə etdiyini açıqlayıb. Gözlənti isə 2,96 dollar idi.

Rüblük gəlir də proqnozlaşdırılan 35,7 milyard dolları aşaraq 43,8 milyard dollara yüksəlib.

Bu nəticələrdə əsas pay süni intellekt üçün nəzərdə tutulan server satışlarına məxsus olub. Şirkətin bu sahədə gəlirləri illik müqayisədə 757 faiz artaraq 16,1 milyard dollara çatıb. “Dell” həmçinin rübün sonunda təxminən 24,4 milyard dollarlıq süni intellekt sifariş portfelinə malik olduğunu bildirib.

Güclü nəticələrdən sonra “Dell” süni intellekt sahəsində illik gəlir proqnozunu da yeniləyib. Şirkət əvvəl açıqladığı 50 milyard dollarlıq hədəfi 60 milyard dollara qaldırıb.

Bu göstərici ötən illə müqayisədə təxminən 144 faizlik artım deməkdir.

“Forbes”in real vaxt rejimində yenilənən milyarderlər siyahısına əsasən, “Dell”in səhmlərindəki yüksəliş Maykl Delli Mark Zukerberq kimi texnologiya milyarderlərini geridə qoyaraq dünyanın ən zəngin şəxsləri sırasında daha da irəli aparıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 İyun 2026 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see282

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see278

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see246

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see236

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see235

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see230

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see228

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see214

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see212

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see210

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see210

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see204

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see204

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see197

Küçə xuliqanı, həbsdən qaçan agent, yorğun biznesmen... Jan Pol Belmondonun 5 məşhur rolu

06 Sentyabr 2026 14:00see195

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see188

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see184

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see176

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see169

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri