Bir gündə ABŞ bazalarına 37 hücum təşkil edilib
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Özünü “İslami Dirəniş Təşkilatı” adlandıran bir qrup İraq və bölgədə yerləşən ABŞ hərbi bazalarına son 24 saat ərzində pilotsuz uçuş aparatları və raketlərlə 37 hücum həyata keçirdiyini açıqlayıb.
Təşkilatın yaydığı yazılı bəyanatda bildirilib ki, hücumlar onlarla pilotsuz uçuş aparatı və raketdən istifadə edilməklə həyata keçirilib. Məlumata görə, bir gün ərzində İraq və regiondakı “düşmən bazaları”na qarşı ümumilikdə 37 əməliyyat təşkil olunub.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp regiondakı vəziyyətlə bağlı açıqlama verib. O, münaqişənin yaxın zamanda sona çata biləcəyini bildirib. Trampın sözlərinə görə, qarşı tərəfin donanması, rabitə sistemləri və hava qüvvələri artıq ciddi şəkildə zəiflədilib.
“Savaşın böyük ölçüdə başa çatdığını düşünürəm. Əvvəlcə bunun 4–5 həftə davam edəcəyini proqnozlaşdırırdıq, lakin hədəflərimizə daha tez nail olduq”, – deyə ABŞ prezidenti qeyd edib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 10 Mart 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















