Icma.az
close
up
RU
Bir həftəlik getdi, kosmosda 9 ay qaldı Rekord qıran astronavt təqaüdə çıxdı

Bir həftəlik getdi, kosmosda 9 ay qaldı Rekord qıran astronavt təqaüdə çıxdı

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

NASA astronavtı Suni Uilyams kosmosda 9 ay qaldığı son missiyasından sonra təqaüdə çıxdığını açıqlayıb. Uilyams qırdığı çoxsaylı rekordlarla kosmos tarixinə adını yazdırıb.

Sherg.az xəbər verir ki, uzun illər NASA-da astronavt kimi fəaliyyət göstərən Suni Uilyams təqaüdə çıxdığını elan edib. Təcrübəli astronavt gözlənilmədən uzun sürən “Boeing Starliner” sınaq uçuşunu orbitə etdiyi son səfər kimi rəsmi şəkildə dəyərləndirib.

Amerikanın CNN telekanalının məlumatına görə, 1998-ci ildə quruma qoşulduğu vaxtdan bəri bir çox kosmos uçuşu rekordu qıran Uilyams bildirib: “Məni tanıyan hər kəs kosmosun mənim üçün ən sevimli yer olduğunu bilir. Astronavtlar Ofisində xidmət etmək və üç dəfə kosmosa uçmaq imkanı əldə etmək inanılmaz bir şərəf idi.”

Uilyams ilk dəfə 2006-cı ildə “Space Shuttle Discovery” ilə Beynəlxalq Kosmik Stansiyaya səyahət edib. Daha sonra isə 2012-ci ildə Rusiya istehsalı olan “Soyuz” kapsulu ilə yenidən orbitə qayıdıb.

Lakin onun NASA astronavtı Butç Uilmorla birlikdə “Boeing”in yeni “Starliner” kapsulunu ilk insanlı uçuşunda sınaqdan keçirmək üçün yola çıxdığı son missiyası, yəqin ki, ən çox tanınan missiyası oldu.

Uilmor və Uilyams sınaq uçuşu zamanı kosmik stansiyada təxminən bir həftə qalmağı planlaşdırırdılar. Ancaq “Starliner” aparatı ilə səfər zamanı ortaya çıxan texniki problemlər səbəbindən hər iki astronavt doqquz aydan artıq kosmosda qaldı. NASA təhlükəsizlik narahatlıqlarına görə aparatı pilotsuz şəkildə Yerə qaytarmağa üstünlük verdi.

Uilyams və Uilmor yaşadıqları bu təcrübə ilə beynəlxalq diqqət mərkəzinə düşdülər. Bununla belə, hər iki astronavt orbitdə keçirdikləri vaxtdan zövq aldıqlarını və gözlənilmədən uzun sürən bu missiyaya yaxşı hazırlaşdıqlarını dəfələrlə vurğulayıblar.

Uilyams açıqlamasında bildirib: “NASA-da keçirdiyim 27 illik karyeram möhtəşəm idi və bu, böyük ölçüdə həmkarlarımdan gördüyüm sevgi və dəstək sayəsində mümkün oldu.”

Uilyams kosmosda ümumilikdə 608 gün keçirərək, Peggi Uitsondan sonra NASA astronavtları arasında ən uzun kosmosda qalma müddətinə sahib ikinci şəxs olub.

O, həmçinin doqquz fərqli açıq kosmos yürüşündə ümumilikdə 62 saat kosmik boşluqda qalaraq bu kateqoriyada ən yüksək göstəriciyə malik qadın astronavt və dünyada dördüncü yeri tutan şəxsdir.

Uilyams orbitdə keçirdiyi müddət ərzində bir çox mühüm ilklərə imza atıb. Məsələn, 2012-ci ildə kosmosda triatlonu tamamlayan ilk insan olub. O, sabit velosipeddən istifadə edib, ağırlıq qaldırma qurğusu ilə üzmə simulyasiyası həyata keçirib və uçub getməməsi üçün təhlükəsizlik kəməri ilə bağlanaraq qaçış trenajorunda qaçıb. (Daha əvvəl, 2007-ci ildə Uilyams kosmosda marafon qaçan ilk insan olmuşdu.)

NASA-nın Hyustondakı Conson Kosmik Mərkəzinin direktoru Vanessa Uayç isə açıqlamasında “Suninin təsirli karyera yolu boyunca öncül lider olduğunu” bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Yanvar 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri