Icma.az
close
up
RU
Bir ildə 9 tenderindən 5 i ləğv olunan İcra Hakimiyyəti

Bir ildə 9 tenderindən 5 i ləğv olunan İcra Hakimiyyəti

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Qəzənfər Ağayev “ELNUR-2″nin niyə “əzizləyir”?

Astara rayon Icra Hakimiyyəti ötən il 9 tender keçirib. Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.

Qeyd edilir ki, bu tenderlərdən beşinin nəticələri müxtəlif səbəblərdən ləğv olunub. Tribunainfo.az-ın araşdırmasına görə, ləğv olunan tenderlərdən birinin maliyyələşdirilməsi Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dayandırlıb. Səbəb isə tenderin qalibi olmuş şirkətlə gizli sövdələşmənin müəyyən edilməsi olub. Digər tenderlərlə bağlı isə qanun verciliyin tələblərinin pozulması səbəbindən protokol tərtib edilib.

Araşdırma zamanı o da bəlli olub ki, Astara Icra Hakimiyyəti nəticələri tanınan 4 tenderi üç şirkət arasında bölüşdürüb. Toplam 1 milyon 79 min 488 manat təşkil edən bu müsabiqələrin əsas qalibi “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti olub. İki tenderin qalibi olmuş şirkət İcra Hakimiyyəti ilə 703 min 588 manatlıq satınalma müqaviləsi bağlayıb.

Digər iki tender isə “ASA-TİKİNTİ” MMC (102 min 848 manat) və “TOPXANA LAYİHƏ İNŞAAT” MMC (273 min 52 manat) arasında paylaşdırılıb.

Astara İcra Hakimiyyətinin “Elnur-2” şirkətinə bu qədər etimad göstərməsi maraqlıdır. Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 ünvanında hüquqi qeydiyyatda olan “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti 11 fevral 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1.60 manat olan şirkətə Abıyev Zaur Niyaz oğlu rəhbərlik edir.

Məsələnin ikinci maraqlı tərəfi odur ki, “Elnur-2” şirkəti ilə Astara İcra Hakimiyyəti arasında tender anlaşması 2024-cü ildən əvvəllər də olub. Məsələn, 2019-cu ildə şirkət Astara Rayon İcra Hakimiyyətindən 2 milyon 233 min manatlıq tender qazanıb.  Eləcə, 2020-ci və 2023-cü illərdə də bu əməkdaşlıq davam edib.

Yuxarıda qeyd etdiyimiz tenderlərdən birinin ləğv edilməsi səbəbinin gizli sövdələşmə olması da elə “Elnur-2” şirkəti ilə bağlı olub. Belə ki, AİİBNDX şirkətlər Icra Hakimiyyəti arasında gizli sövdələşmənin olmasını müəyyən edərək, onu prosesdən uzaqlaşdırıb. Hərçənd belə halı hüquq-mühafizə orqanları araşdırmalı və hüquqi rəy verməli idi. Eyni zamanda, “Elnur-2” şirkətinin də tenderlərə qatılmasına məhdudiyyət qoyulmalıydı. Lakin görünən odur ki, bu tələblərə məhəl qoyulmayıb. Niyəsini isə dəqiqləşdirmək imkanımız olmayıb.

Bundan başqa, “Elnur-2” şirkətinin adı bir sıra qalmaqallara da qarışıb. Belə ki, şirkət öhdəliklərini yerinə yetirmədiyi üçün məhkəməyə verilib. Həmçinin Zaur Abıyevin adı “MTN işi”ndə zərərçəkən kimi qeyd edilib.

Xatırladaq ki, Astaranın icra başçısı Qəzənfər Ağayevdir.

Yazıda adı keçən qurumlar və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Sabutay Quliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 31 Mart 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri