Bir ildə ABŞ iqtisadiyyatına sərmayələrin həcmi 18 trln. dollar təşkil edib Tramp
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, vəzifədə olduğu bir il ərzində Amerika iqtisadiyyatına təxminən 18 trilyon dollar sərmayə cəlb edilib.
"Report"un məlumatına görə, o, bu qiymətləndirməni Vaşinqtonda yetkinlik yaşına çatmayanlar üçün əmanət hesablarının açılması təşəbbüsünə həsr olunmuş çıxışında edib.
"Amerika geri qayıdıb. 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərindən bəri fond birjaları 52 dəfə rekord həddə çatıb və bu da onların 9 trilyon dollar artımına imkan verib. Ölkəyə 18 trilyon dollar investisiya axır və daha çox investisiya gələcək", - Tramp bildirib.
Ağ Ev rəhbəri bu investisiya səviyyəsini "inanılmaz" adlandırıb. "Ən böyük (iqtisadiyyata illik investisiya) on il əvvəl 3 trilyon dollar idi və bu, bizim ölkəmiz deyil, başqa ölkə idi. Amma biz 18 trilyon dollar aldıq və ölkə daxilində minlərlə müəssisə, nəhəng fabriklər tikilir", - ABŞ lideri əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 28 Yanvar 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















