Icma.az
close
up
RU
Bir ili 5,4 saata başa vuran planet tapılıb

Bir ili 5,4 saata başa vuran planet tapılıb

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, “arXiv” preprint saytında dərc olunan məqalədə obyektin “TESS” kosmik teleskopu (NASA) vasitəsilə kəşf edildiyi bildirilir.
Alimlərin fikrincə, “TOI-2431 b”-dəki il ekzoplanetin öz ulduzu ətrafında dövr etməsinin məlum olan ən qısa dövrlərindən biridir. Müqayisə üçün deyək ki, Yerə Günəşin “ətrafında fırlanması” üçün 365 gün lazımdır, “TOI-2431 b” isə bu müddət ərzində 1600-dən çox dövrə vurmağı bacarır.
“Planet öz ulduzuna son dərəcə yaxındır - cəmi 933 min kilometr (0,0063 astronomik vahid). Belə yaxınlıq onun səthini təxminən 2000 Kelvinə (təxminən 1727 °C) qədər qızdırır ki, bu da daşların və metalların əriməsi üçün kifayətdir”, - məlumatda deyilir.
Planet ölçülərinə görə Yerə bənzəsə də, “TOI-2431 b” çox fərqli xüsusiyyətlərə malikdir. Onun radiusu demək olar ki, bir yarım dəfə, kütləsi isə 6,2 dəfə böyükdür. Orta sıxlıq hər kub santimetr üçün 9,4 qramdır ki, bu da Yerin sıxlığından xeyli yüksəkdir.
Yaxınlıqdakı ulduzun yaratdığı qabarma qüvvələri səbəbindən planetin forması əyilib. Alimlərin fikrincə, onun mehvərlərindən biri digərindən təxminən 9% qısadır və bu, “TOI-2431 b”-yə mükəmməl yuvarlaq yox, yastı forma verir.
Eyni zamanda, tədqiqatçılar planetin “ölümə” məhkum olduğunu iddia edirlər. Onların hesablamalarına görə, 31 milyon ildən sonra ekzoplanet öz ulduzu tərəfindən udulacaq - bu, ultra-qısa orbital dövrə malik planetlər üçün qeydə alınan ən qısa “qabarma çürüməsi” dövrlərindən biridir.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 İyul 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see279

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see273

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see265

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see251

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see246

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see246

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see240

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see238

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see227

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see221

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see220

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see210

Timatinin qızı böyük filmdə baş rol aldı: reper ittihamlara cavab verdi

05 Sentyabr 2026 23:43see203

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see202

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see199

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see199

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see197

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see187

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see178

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri