Bir illik möhlətə məhəl qoymayan xəstəxana direktoru cərimələndi
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Samir Allahverdiyev inzibati qaydada cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Samir Allahverdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə protokol tərtib edib. İşə məhkəmədə baxılıb.
Məlum olub ki, Agentlik tərəfindən xəstəxanada bir neçə gün əvvəl yoxlama aparılıb. Yoxlama zamanı iki sərnişin lifti və iki su boylerinin dövlət qeydiyyatından keçirilmədiyi, həmçinin texniki təhlükəsizliklə bağlı digər nöqsanlar aşkar edilib.
Məhkəmədə Naftalan Şəhər Mərkəzi Xəstəxanasının əməyin mühafizəsi üzrə mütəxəssisi bildirib ki, aktda qeyd olunan nöqsanlar həqiqətən mövcuddur. Onun sözlərinə görə, onlardan asılı olmayan müəyyən səbəblər üzündən ötən müddət ərzində nöqsanların aradan qaldırılması mümkün olmayıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı isə deyib ki, 2025-ci ilin əvvəllərində xəstəxanada eyni qaydada yoxlama aparılıb və aşkar edilən çatışmazlıqların aradan qaldırılması ilə bağlı təlimat verilib. Həmin vaxt xəstəxana barəsində protokol tərtib olunmayıb və nöqsanların aradan qaldırılması üçün möhlət verilib. Lakin bir il müddət keçməsinə baxmayaraq, bu istiqamətdə heç bir addım atılmayıb.
Məhkəmənin qərarı ilə Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 5 000 manat məbləğində cərimə edilib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 28 Yanvar 2026 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















