Icma.az
close
up
RU
“Bir insan niyə özünü bu qədər gülünc vəziyyətə salsın ki?”

“Bir insan niyə özünü bu qədər gülünc vəziyyətə salsın ki?”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Hərdən düşünürəm, bizim dövrün adamları, yəni yaşı 40-ın üzərində olanlar bu həyatda nə(lər) görmədi ki... SSRİ, müstəqillik, 2 müharibə, videomaqnitafon, “pult”, internet, mobil telefon, sair, ilaxır.

Üstəlik, daim yenilənən dünyadan baş çıxarmaq da get-gedə çətinləşdi. Hətta bütün mövzular üzərindən. Məsələn, tutaq, əvvəllər 5-6 kitab oxuyub universitetə daxil olurdunsa, indi onun 100 qatını etməlisən. Əvvəllər, hansısa müğənni 1-cə ifası ilə qəfil populyarlaşırdısa, yüngülvari natiqlik qabilliyyəti olan kəs 2-3 çıxışla hər kəsi özündən bəhs elətdirirdisə, azca savadı olan şəxs dərhal hamının gözünə “kəllə” kimi görünürdüsə, mövcud dövrdə artıq bunların heç biri mümkün deyil. Ən azından bu qədər rahat şəkildə mümkün deyil.

Niyə? Çünki rəqabət mühitindəyik. Çünki parametrlər fərqlidir. Çünki uşaqların “chat gpt” ilə ev tapşırıqları etdiyi zamana qədəm qoymuşuq. Çünki dünya və həyatla uzlaşman üçün mütləq şəkildə dəyişməlisən. Davamlı dəyişməlisən: 90 yaşın varsa belə votsap işlətməyi, feysbuk açmağı, harasa “konum” göndərməyi bacarmalısan.

Eyni zamanda lokal və qlobal siyasətdə!

Dəyişmək lazımdır. Yenilənmək lazımdır. Fərqlənmək lazımdır.

Yoxsa, müxalif radikallar kimi... Yerində saymaq yox!

Dünən baxıram, üzdə olan biri - həm də partiya sədridir - qayıdıb ki, əgər biz olmasaydıq milli birlik də olmazdı, qalibiyyət də, Şuşa və Xankəndi də.

İndi nə cavab verəsən buna? Daha doğrusu, bu təfəkkürün yiyəsini necə başa salasan ki, get o nağılları hələ də ətrafında dolaşan və bu günə qədər canavara “nu poqodi” deyən adamlara söylə, bəlkə inansa, onlar inanar və belə ucuz “tryuk”lar əsla və əsla cəmiyyət, sosial şəbəkələr, siyasi kontingent üçün keçməz?

Yaxşı, bəs, Ali Baş Komandanın zəhməti? Şəhidlərimizin qanı? Qazilərimizin şücaəti? Onlar necə oldu?

Hər şey qaldı kənarda, qələbəni sənin 6 nəfər yarımdan ibarət, üzv sayı adındakı hərflərin sayından az olan partiyanla sərgilədiyin həmrəylikmi qazandı?

Qayıdıram, yenə sözümün əvvəlinə - inanın, elə bu məsələ də sırf beyinlə (oxu: beyinsizliklə) bağlıdır! İnkişafdan qalma ilə, yerində sayma ilə, 30 ildə 30 mm böyüməməklə, yenilənməməklə, dövrün tələblərini dərk edə bilməməklə bağlıdır.

Hələ də 90-larda vurnuxmaqla, “Nizami Süleymanov kimi bir çıxış edib, 50 faiz səs alaram”, “Nemət kimi qışqırıb milyonları meydana gətirərəm” düşüncəsində ilişib qalmaqla bağlıdır.

Dəvəquşu obrazından çıxmamaqla bağlıdır.

Ağızdan, dildən ötürülən absurdları görməməklə, sezməməklə bağlıdır.

Yoxsa, normal insan, normal siyasətçi niyə belə şeylər söyləsin ki?

Niyə özünü bu qədər gülünc duruma salsın ki?

***

Qarabağı İlham Əliyev geri qaytarıb - qəhrəman Ordusu ilə! Prinsipiallığı ilə. Müdrikliyi ilə. Yürütdüyü mükəmməl, yenilikçi, modern, uzaqgörən siyasəti ilə!

Bizi Şuşaya, Xankəndiyə qovuşduran, qəddimizi düzəldən, başımızı uca edən insanın adı - İlham Əliyevdir!

Azərbaycanın bütün qələbələrinin, uğurlarının, xoşbəxtliyinin memarı Odur!

Və bunu hər kəs bilir, anlayır, qiymətləndirir.

Bir qalıb 6 nəfər yarımdan ibarət qaragüruh heyəti...

Onlara da tövsiyəm budur, gec olmadan məlum reallıqları görsünlər və danılmaz faktları, həqiqətləri qulaqlarına təcili (!) sırğa eləsinlər.

Lap yarımı keçdik. Heç olmasa digər 6-sı...

Elşən Musayev - Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Oktyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri