“Bir insan yaxşı şeylərin baş verməsini gözləyirsə, onlar mütləq baş verəcək...”
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Pozitiv-nikbin düşüncə...- Məhəmməd Peyğəmbərin(ə.s.) resepti ilə...
“İnsanın düşünmə tərzi nəticəni müəyyən edir: müsbət və faydalı, ya da mənfi və zərərli. Bu, müxtəlif istiqamətlərdə işləyən eyni enerjidir...”
“Mənfi düşüncələri müsbət düşüncələrlə əvəz edin. Yaradanınıza müraciət edin; Allah açarsız qıfıllar, həlli olmayan problemlər və ya çıxışı olmayan vəziyyətlər yaratmır. Ona - Yaradana etibar edin...”
Nə yazıqlar ki, son dövrlərdə bütövlükdə dünyada olduğu kimi, Azərbaycanda da insanların əksəriyyəti Allaha və ona arxalanaraq öz gücünə, iradəsinə inanmaq əvəzinə, daha çox müxtəlif mövhumatçı baxışlara, ulduz fallarına, qoroskoplara və ən pis halda özlərini “görücü”, “ekstrasens” adlandıran falçılara, cadugərlərə, dələduzlara inanırlar. Məsələn, deyirlər ki, 2026-cı il At ilidir və filan qoroskopa görə, yaxın filan falçının sözlərinə görə bu il mənim işlərim düz getməyəcək... Halbuki, bunlar hamısı mənasız və yanlış baxışlar olmaqla dinimizə ziddir. Və əslində hər bir insanın bu gününü və gələcəyini yönləndirən onun Yaradana imanının səviyyəsi və bunun müqabilində yaranan mütəmadi düşüncə və niyyətləridir. Bu mənada dünyadakı həyatımızda işlərimizin normal getməsi, ruhi-mənəvi hüzur içində yaşamağımız üçün ilk növbədə pozitiv, yəni nikbin düşünməli bacarmalıyıq...
Moderator.az əksəriyyəti maraqlandıran bu həyati mövzu ilə bağlı “İslam-Today” nəşrinin “Məhəmməd Peyğəmbərin(ə.s.) resepti ilə pozitiv düşüncə...” başlıqlı materialının tərcüməsini dəyərli oxucuların diqqətinə çatdırır:
“Pozitiv- nikbin düşüncə möcüzələr yarada bilər. Yəqin ki, dəfələrlə "düşüncələrinizə diqqət yetirin" və ya "düşüncələrinizi qoruyun" sözlərini eşitmisiniz, amma bu məsləhət sizə faydasız görünüb...
Axı, nəhayətdə düşüncələriniz yalnız sizə məxsusdur. Onlar başqasına necə təsir edə bilər? Amma əslində düşüncələrimiz mistik şəkildə bir növ bumeranq kimi çıxış edir. Pozitiv düşüncənin necə işlədiyini və ondan necə effektiv istifadə edəcəyinizi anlamaq üçün mənfi düşüncənin gücünü anlamaq vacibdir...
Mənfi düşüncələr başınızın üstündə uçmasını dayandıra bilmədiyiniz quşlar kimidir, amma onların başımızda yuva qurmasının qarşısını ala bilərik. Düşüncələr ya müsbət, ya da mənfi istiqamətə yönəldilə bilər. Düşüncənin gücü öz-özlüyündə neytraldır. İnsanın düşünmə tərzi nəticəni müəyyən edir: müsbət və faydalı, ya da mənfi və zərərli. Bu, müxtəlif istiqamətlərdə işləyən eyni enerjidir...
Öz üzərimizdə daimi daxili iş "düşüncə vərdişlərimizi", yəni müəyyən bir düşüncə tipinə meylimizi dəyişdirə bilər. Mənfi düşüncədən qurtulmaq və zehni münasibətimizi dəyişdirmək xeyli səy və vaxt tələb edir. Gerçək, ədalətli, dürüst, xoş və saf olanı düşünün - başqa sözlə, başınızı yaxşı düşüncələrlə doldurun və mənfi düşüncələrə yer qoymayın...
Allahın Rəsulu (s.a.v.) buyurmuşdur ki, Uca Allah belə buyurur:
"Mən bəndəmə o Mənim haqda düşündüyü kimi yanaşıram". Başqa sözlə, Allah-Təala bəndəsi ilə onun Allah haqda necə düşündüyü, Allaha necə güvəndiyi və ümidlərini Ona necə bağladığı kimi davranır. Beləliklə, Allahın rəhmət qapıları qarşısında müsbət münasibət və böyük ümidlə dayananlar əliboş qalmayacaqlar...
Əlinizdəki ən güclü silah duadır. Ondan mümkün qədər tez-tez istifadə edin. Duanın məqsədlərindən biri bizi Allah qarşısında ucaltmaqdır. Növbəti addım İslamın düşüncələri idarə etmək və istiqamətləndirməyi ehtiva edən gözəl təlimləri üzərində düşünməkdir. Şüurunuzu gözəl düşüncələr yetişdirə biləcəyiniz və ya mənfi düşüncələrin alaq otları ilə zibilləyə biləcəyiniz bir bağ kimi təsəvvür edin...
Depressiyaya meyillisinizmi? Həyatınız tamamilə qarışıqdırmı? Özünüzü uğursuz hiss edirsinizmi? Belə olan hallarda bütün qapıların sizin üçün bağlı olduğunu hiss edirsiniz. Siz mənfi düşüncələrin həyatınızı idarə etməsinə icazə verirsiniz. Mənfi düşüncələri müsbət düşüncələrlə əvəz edin. Yaradanınıza müraciət edin; Allah açarsız qıfıllar, həlli olmayan problemlər və ya çıxışı olmayan vəziyyətlər yaratmır. Ona - Yaradana etibar edin...
Problemlərinizin fərqinə vardığınız zaman artıq onların hər birinin öhdəsindən gəldiyinizi təsəvvür edin. Həyatınızdakı hər bir çətinliyi həll etdiyinizi, hər şeyi uğurla dəf etdiyinizi, potensialınızın çiçəklənməsinə imkan verdiyinizi təsəvvür edin. İlk baxışdan bu cür düşüncə nəzarəti özünüzə bir oyun kimi görünə bilər, amma xarici şəraitin yavaş olsa da, mütləq dəyişdiyinə təəccüblənəcəksiniz...
Düşüncələr hərəkətlərdən, yaxşı düşüncələr isə yaxşı hərəkətlər, davranışlar zəncirindən əvvəl gəlir. Mənfi düşüncələr dağıdıcıdır. Onlar bizi əsəbi və dar düşüncəli edir, başqaları ilə yaxşı münasibətlər qurmağımıza mane olur...
Allahın Rəsulu (s.a.s) bizə tövsiyə edir ki, əgər bir insan yaxşı şeylərin baş verməsini gözləyirsə, onlar mütləq baş verəcək...
Müsbət düşüncə İslamda çox vacib bir elementdir. Həmişə unutmayın ki, Allahın sizin üçün öz planı var; əgər bir şey qaydadsında getmədisə, çox güman ki, sizi nə isə daha yaxşı bir nəticəyə aparacaq. Məmnun və minnətdar olun. İman və ümidin böyüdüyü yerdə möcüzələr çiçəklənir. Minnətdarlıq və həyatından məmnunluq Uca Tanrıya minnətdarlığın ən yaxşı ifadəsidir... "
"Islam-Today"
Tərcümə və təqdim etdi:
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 02 Yanvar 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















