Icma.az
close
up
RU
“Bir kişi kimi bu adamı gördüm” Ağadadaş Ağayev məhkəmədə barışıqdan danışdı

“Bir kişi kimi bu adamı gördüm” Ağadadaş Ağayev məhkəmədə barışıqdan danışdı

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Bu gün, yanvarın 16-da Binəqədi Rayon Məhkəməsində Xalq artisti Ağadadaş Ağayevin tərəf olduğu 3 iş üzrə proses var. Həmin proseslərdən ikisi cinayət işi, digəri biri isə mülki xarakterli olub.

Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, artıq işlərdən ikisi üzrə məhkəmə baxışı baş tutub. Xəbər verdiyimiz kimi Ağadadaş Ağayev “MedEra Hospital” mənəvi zərərin ödənilməsi tələbi ilə, “MedEra Hospital”ın rəhbəri Qaraxan Əliyev Ağadadaş Ağayevə qarşılıqlı mülki iddia qaldırmışdı. Xalq artisti mənəvi ziyana görə klinikadan 450 min manat, hospital rəhbəri isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edirdi. Bu gün hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə tərəflər məhkəməyə barışıq sazişi təqdim ediblər. Məhkəmə barışıq sazişini nəzərə alaraq icraata xitam verib.

1 saatlıq fasilədən sonra Ağadadaş Ağayevin tərəf olduğu daha bir cinayət işi üzrə proses hakim Elçin Ağayevin sədrliyi ilə davam etdirilib. Bu prosesdə Xalq artisti ilə insident yaşayan “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun müttəhim statusundadır.

Hakim Elçin Ağayev prosesdə Ağadadaş Ağayevdən məhkəməyə müraciət daxil olduğunu elan edib. 44 saylı Notariat Kontorunda imzalanan sənəddə Ağadadaş Ağayev balta atdığı mühafizəçi Nurəddin Cəlilovla barışdıqlarını, ona qarşı hər hansı bir tələbinin olmadığını, mühafizəçi barəsindəki cinayət işinə işinə xitam verilməsini xahiş edib.

Bundan sonra prosesdə şahidlər dindirilib. Şahid  Zaur Rüstəmov taksi sürücüsüdür. Sərbəst ifadəsindən məlum olub ki, insident yaşanan ərazidə taksi fəaliyyəti ilə məşğuldur. Amma o, hadisə baş verən gün səhər ərazidə olmadığından  müvafiq olaraq baş verənləri də biləvasitə görməyib:

“Mən hospital ətrafında taksi sürücüsü kimi fəaliyyət göstərirəm. Hadisə zamanı orada olmamışam. Bu barədə eşitmişəm və videogörüntüləri izləmişəm. Həmin zaman müştərim olub deyə ərazidə olmamışam”.

Növbəti şahid Firdovsi Səfərov da taksi sürücüsüdür.  Şahid qismində ifadəsində iddia edib ki, Ağadadaş Ağayevin əlində baltanı görməyib. Həmin gün səhər eşidib ki, ətrafdan söyüş səsləri gəlir: “Ətrafa nəzər saldıqda gördüm ki, Nurəddin söyüş söyür. Söyüşlər qarşılıqlı idi. Ondan kimi söydüyünü soruşdum. O, barmağı ilə istiqamət göstərdi. Həmin istiqamətə baxanda Ağadadaş Ağayevi gördüm. Nurəddinə onun həm yaşca böyük, həm də ağsaqqal olduğunu deyib irad bildirdim. Sonra gördüm ki, bunlar dalaşır. Onları ayırmağa çalışdım”.

Şahid israr edib ki, Ağadadaş Ağayevin əlində balta olmasını, Nurəddin Cəlilova balta atmasını videogörüntülərdən görüb.

Nurəddin Cəlilov onu yalan danışmaqda ittiham edib: “Yalan danışırsan. Gördüklərini de”.

Hakim və dövlət ittihamçısı da şahidə bir neçə sual veriblər. Şahid Ağadadaş Ağayevin əlində balta görmədiyini, yalnız videogörüntülərə baxanda əlində balta olmasını gördüyünü israrla bildirib.

Şahidin ifadəsi Ağadadaş Ağayevin xoşuna gəlib, ona təşəkkür edib: “Bir kişi bunu gördüm. Mən yalan danışmağı xoşlamıram, yalan danışılan yerdə də oturmuram, oranı tərk edirəm. Burada ona görə qalıram ki, dövlət idarəsidir, qanun qarşısında boynum qıldan incədir”.

Hakim bildirib ki, iş üzrə daha 3 şahidin dindirilməsi vacibdir və həmin şahidlər prosesdə iştirak etmirlər. Buna görə də həmin şahidlər yenidən məhkəməyə dəvət ediləcəklər. Buna görə də proses yanvarın 23-nə kimi təxirə salınıb.

Xatırladaq ki, yaxın saatlarda Ağadadaş Ağayevin müttəhim statusunda olduğu daha bir cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək. Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçiriləcək prosesdə şahidlərin dindirilməsi mərhələsidir. Bu iş üzrə Ağadadaş Ağayevə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. İttiham təsdiqlənərsə, müttəhim 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər. Ağadadaş Ağayev bu iş üzrə də Nurəddin Cəlilov və Nəzakət Paşayeva ilə barışıq sazişi imzalayıb. Həmin saziş ötən prosesdə məhkəməyə təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Yanvar 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri