Icma.az
close
up
RU
Bir klubda istefa, başqasında yeni təyinat

Bir klubda istefa, başqasında yeni təyinat

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə superliqasının bir klubunda sürpriz ayrılıq reallaşıbsa, digər klubunda yeni təyinat rəsmiləşib.

İstefa xəbəri “Kasımpaşa”dan gəlib. Belə ki, Burak Yılmaz İstanbul təmsilçisindən ayrıldığını açıqlayıb. O vida paylaşımında bunları yazıb:

“Futbolda fikir ayrılıqlarının olması normaldı. Əsas odu ki, insanlar bir-birini üzmədən ayrılmağı bacarsın. Qəlbim həmişə “Kasımpaşa” camiəsi ilə birlikdə olacaq. Sizə gələcəkdə uğurlar arzulayıram”.


Beləliklə, 40 yaşlı mütəxəssisin bu klubdakı dönəmi cəmi 5 ay çəkdi. Burak Yılmaz bu vəzifəyə yanvarın 30-da gətirilmişdi. Əslində onun müqavilə müddəti bitmək üzrə idi. İyunun 14-də klubdan verilən rəsmi açıqlamada Burak Yılmazla yola davam ediləcəyi vurğulanılmışdı. Hər kəs onunla yeni müqavilə imzalanacağını gözlədiyi vaxtda istefa xəbəri gəldi. “Kasımpaşa” bu məşqçi ilə 16 superliqa matçından 6 qələbə, 4 heç-heçə, 6 məğlubiyyətlə ayrılmış oldu. Yılmaz istanbulluları 8-ci pillədə qəbul etmişdisə, komanda mövsümü 10-cu yerdə tamamladı.
Yeni məşqçi təyinatı isə “Kayserispor”da reallaşıb. Belə ki, Sergey Yakiroviçin “Hall Siti”nin “sükanı arxasına” keçməsinin ardından məşqçisiz qalan Kayseri təmsilçisi bu vəzifəyə, gözlənildiyi kimi, Markus Gisdolu gətirib. Təcrübəli almaniyalı mütəxəssislə ikiillik müqavilə imzalanıb. Srağagün Gisdol üçün klubun stadionunda imza mərasimi kecirilib. Daha öncə “Hoffenhaym”, “Hamburq”, “Köln” və “Lokomotiv”də işləmiş 55 yaşlı məşqçinin son iş yeri məhz Türkiyə olmuşdu. O 2023/24 mövsümünün gedişində “Samsunspor”u düşmə zonasında qəbul etmiş və dirçəltməyi bacarmışdı. Daha sonra öz istəyi ilə Samsundan ayrılan Gisdolun güclü bir klubun başına keçəcəyi gözlənilirdi. Amma istədiyi təklifləri ala bilməyən məşqçi təxminəın 1 il işsiz qalandan sonra yenidən Türkiyəyə qayıtmağa üstünlük verib.
Gisdol “Kayserispor”un bazasını və şəraitini tərifləyərək klubun potensiallı, maraqlı futbolçulara malik olduğunu qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 İyul 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri