“Bir məqam var ki, bizi məyus edir” yığma üzvü Rusiyada çempion oldu
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkəmizin qadınlardan ibarət futbol yığmasının üzvü Nigar Mirzəliyevanın şərəfini qoruduğu "Zenit" Rusiya çempionu olub. Sankt-Peterburq təmsilçisi sonuncu - 24-cü turda ÇSKA-nı 1:0 hesabıyla məğlub edərək çempionluğu qeyd edib. Nigar bu oyunda 90 dəqiqə meydanda olub. Lakin Rusiya klubları beynəlxalq turnirlərdən kənarlaşdırıldığına görə “Zenit” Avropaya yollana bilməyəcək.
Nigar çempionluqla bağlı təəssüratını "Football-plus.az" ilə bölüşdü: "Zenit" çox güclü komandadı. Bu mövsüm çox çətin keçdi. Amma sonunda çempionluq bizim oldu. Çempion olduğumuza görə çox sevincliyik. Amma bir məqam var ki, bizi məyus edir. Bu da ölkə xaricinə çıxa bilməməyimizdi . Ümid edirik ki, bu problem ortadan qalxar və ölkə xaricinə yollana bilərik. İnanıram ki, bundan sonra daha böyük uğurlara imza atarıq".
Qeyd edək ki, Nigar Mirzəliyeva bu mövsüm 7 oyunda iştirak edib və 1 qol vurub.
RÖYANƏ OĞUZ
Baxış sayı:85
Bu xəbər 18 Noyabr 2024 01:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















