Bir milyardlıq rekord: Cəmi üç ayda çatdılar (VİDEO)
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Amerikalı müğənni Ledi Qaqa və həmkarı Bruno Marsın birgə ifa etdiyi "Die With a Smile" (Təbəssümlə ölmək) mahnısı 1 milyard dinləməyə cəmi üç ayda çataraq, "Spotify" platformasında rekord müəyyən edib.
Qaynarinfo xəbər verir ki, bu barədə striminq xidmətinin "Instagram" səhifəsində bildirilib.
"Spotify"da dinləmələrin sürəti üzrə yeni rekordu "Die With a Smile" mahnısı çərşənbə günü, 20 noyabr tarixində müəyyən edib.
"The Variety" yazır ki, Ledi Qaqa və Bruno Marsın bu treki avqust ayında müstəqil sinql kimi yayımlanıb və dərhal hitə çevrilərək, "Billboard Hot 100" hit-paradında 3-cü yerdən debüt edib. Mahnının həmçinin iki fərqli versiyası mövcuddur: "Live in Las Vegas" və akustik versiya.
Bundan əlavə, yaxın zamanda "Die With a Smile" mahnısı 2025-ci il "Qremmi" mükafatında ilin mahnısı və ən yaxşı pop-duet/qrup performansı nominasiyalarına təqdim edilib.
Aydın
Baxış sayı:110
Bu xəbər 22 Noyabr 2024 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















