Icma.az
close
up
RU
Bir milyon manatlıq DƏLƏDUZLUQ İDDİASI: Məşhur məmur oğlunun məhkəməsi davam edir

Bir milyon manatlıq DƏLƏDUZLUQ İDDİASI: Məşhur məmur oğlunun məhkəməsi davam edir

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda müttəhimin sərbəst ifadəsi dinlənilib.

O, şikayətçi P.Səlimovla dost olduğunu deyib:

"Əvvəllər Sumqayıtda yaşayırdı. Bakıya gəlmək istəyirdi. Mənim beton işləri görən şirkətim var, işlərin müqabilində pul əvəzi kimi tikinti şirkətləri paytaxtın müxtəlif yerlərindən mənzillər verirdilər. Səlimovun mənə satdığı tikinti materiallarının əvəzində ona Bakıda bir neçə dəfə ev vermişəm, ödənişlərimi etmişəm. Ona heç bir borcum yoxdur. Yaxın münasibətimiz olduğundan aramızda rəsmi sənədləşmə olmayıb".

Zərərçəkən isə təqsirləndirilənin dediklərini yalan və söz yığını kimi qiymətləndirib:

"Zamiq Xankişiyevin dedikləri uydurmadır. Onun əlində alış-verişlərimizlə bağlı hər hansı bir qəbz olmasa da, məndə bütün qəbzlər mövcuddur və məhkəməyə təqdim edə bilərəm".

Növbəti iclas martın 6-na təyin edilib.

İttihamda bildirilir ki, Zamiq Xankişiyev özünü geniş əlaqəli işgüzar şəxs kimi təqdim edərək, bir neçə nəfərin etibarından sui-istifadə edib, onların 1 milyon manata yaxın pulunu mənimsəyib.

İstintaqdan yayındığı üçün 1 il 8 ay axtarışda olan Z.Xankişiyev iş üzrə cəlb edildikdən sonra barəsində həbs olmayan qətimkan tədbiri seçilib.

Araşdırmalarla məlum olub ki, Xankişiyevdən ən çox zərəri tanışı olan iş adamı P.Səlimov görüb.

O, müxtəlif vaxtlarda və üsullarla Səlimovun ümumilikdə 577 min manatını ələ keçirərək mənimsəməkdə ittiham olunur.

Şəxs digər vətəndaşa isə 180 min manat ziyan vurmaqda təqsirləndirilir.

Başqa vətəndaşa isə KIA markalı avtomobil satmaq adı ilə onun 6 000 min manata yaxın pulunu ələ keçirib.

Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Amma o, özünü günahkar bilmir.

Onu da qeyd edək ki, mediada İmişlidən olan bu iş adamı barədə əvvəllər də şikayətlər yayımlanıb.

Təqsirləndirilən şəxs "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış və rüşvət qalmaqalı ilə vəzifəsindən uzaqlaşdırılmış Fəyyaz Xankişiyevin oğludur.

Müttəhim bahalı avtomobil kolleksiyası olan şəxs kimi də tanınıb.

Elgün Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Fevral 2026 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri