Bir milyondan çox hərbi xidmətə yararlı ukraynalı Aİ dədir
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ukraynanın 18-64 yaş arası təxminən 1,1 milyon kişi əhalisi Avropa İttifaqında müvəqqəti qorunma altındadır və potensial olaraq hərbi xidmətə cəlb oluna bilər.
Bu barədə RİA Novosti 7 sentyabrda “Eurostat”-a istinadən məlumat verib.
Məlumata görə, Ukraynadan ən çox qaçqını Almaniya, Polşa və Çexiya qəbul edib.
Qeyd olunur ki, 2026-cı ilin iyun ayının sonuna qədər Aİ-də müvəqqəti qorunma alan ukraynalıların ümumi sayı 4,41 milyon nəfər təşkil edib. Onların yaş bölgüsü göstərir ki, 18-34 yaşlı kişilər 13,1%, 35-64 yaşlı kişilər isə 12,1% təşkil edir. Analitiklər bu yaş qruplarında kişilərin sayını təxminən 1,1 milyon olaraq qiymətləndirirlər.
Lakin “Eurostat” statistikasında bu kişilərin hansı hissəsinin Ukraynanın hərbi xidmət qanunvericiliyinin tələblərinə uyğun olduğu barədə heç bir məlumat verilmir. Müvəqqəti himayə altında olan şəxslərin ümumi strukturunda yetkin kişilər 27%, yetkin qadınlar 43,4, yetkinlik yaşına çatmayanlar isə 29,6 təşkil edir.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 07 Sentyabr 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















