Icma.az
close
up
RU
Bir müharibə bitməmiş yenisi başlayacaq

Bir müharibə bitməmiş yenisi başlayacaq

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin yeni Prezidenti seçilən Donald Trampın müharibəni tezliklə bitirmək istəyinə cavab olaraq bildirib ki, ölkə öz müstəqilliyindən və ərazi bütövlüyündən heç vaxt vaz keçməyəcək. 

Zelenski “Le Parisien” oxucuları ilə söhbətində deyib: 

"Biz  təslim olmayacaq və müstəqilliyimizi qurban verməyəcəyik".

 Onun sözlərinə görə, müharibənin "dondurulması" və sürətli razılaşmalar Ukrayna üçün təhlükəli nəticələr doğura bilər.

7 dekabrda Parisdə Zelenski və Tramp arasında keçirilən görüş zamanı ABŞ-nin yeni administrasiyasının mövqeyi haqqında müəyyən fikirlər formalaşıb. “Reuters”-in məlumatına görə, Tramp Ukraynada dərhal atəşkəsin elan olunmasını və sülh danışıqlarına başlanmasını istəyir. Lakin o, konkret bir sülh planı təklif etməyib, bu isə Kiyevdə qeyri-müəyyənlik hissini artırıb.

Trampın müşavirləri münaqişənin həlli üçün müxtəlif variantlar təklif edirlər. Bunlardan biri, ABŞ-nin Ukrayna Silahlı Qüvvələrinə yardımlarını təzyiq vasitəsi kimi istifadə edərək, tərəfləri danışıqlar masasına gətirməkdir. Bu yanaşma, həmçinin Ukraynanın NATO-ya üzvlüyünün ən azı 10 il müddətinə təxirə salınmasını nəzərdə tutur. Digər təkliflər isə münaqişə xəttində demilitarizasiya zonasının yaradılması və ya Ukrayna ərazisində muxtar zonaların qurulması ilə bağlıdır.

Zelenski isə vurğulayıb ki, Tramp hələlik bütün hərbi, diplomatik və kəşfiyyat məlumatlarına malik deyil. 

"O, Ağ Evdə olduqda, eyni səviyyədə məlumatlarla danışa biləcəyik", - deyə Ukrayna Prezidenti bildirib. Bununla yanaşı, o, ABŞ-nin yeni administrasiyasının Ukrayna üçün faydalı olacağına ümid edir: 

"Biz yeni administrasiya ilə münasibətlərimizi qurmağa hazırıq. Bu, bizim prioritetimizdir."

Zelenski, həmçinin bildirib ki, Ukrayna müharibəni yalnız öz milli maraqlarına uyğun şəkildə başa vurmağa çalışacaq. O qeyd edib: 

"Birləşmiş Ştatlar bu müharibədə bizim əsas donorumuz olub və qalır. Ukrayna üçün həm Avropa, həm də Birləşmiş Ştatlar vacibdir, lakin biz heç kimi digərlərindən üstün tutmuruq".

Mövzu ilə bağlı ukraynalı politoloq Aleksandr Oxrimenko “Cümhuriyət”-ə bildirib ki, hər zaman yeni prezidentin seçilməsi ilə əlaqədar bir eyforiya olur. Bu, hal-hazırda Trampla bağlı da müşahidə edilir:

"Bəzi müzakirələrə görə, Tramp andiçmə mərasimindən sonra dərhal bu münaqişənin həllinə başlayacaq və buna görə yaxın zamanda Ukraynadakı müharibə başa çatacaq. Amma Trampın bu müharibəni həqiqətən yaxın aylarda bitirə biləcəyinin ehtimalı 10 faizdir, 90 faiz deyil. Diqqətinizə çatdırmaq istəyirəm ki, Tramp ABŞ tarixində ən qəribə, bədahətən danışan, plansız və proqnozlaşdırıla bilməyən prezidentlərdən biridir. O, artıq prezident olub. Birinci prezidentliyi dövründə daim deyirdi ki, bunu edirəm, onu edirəm, amma ona bunları xatırladanda deyirdi ki, bunu heç vaxt deməmişəm".

Trampın sərgərdan ideyası

 Ekspert qeyd edib ki, Ukrayna Tramp vasitəsilə bu müharibəni tez bir zamanda bitirmək və qalib gəlməyin mümkünlüyünə ümid edir: 

“Çünki əslində müharibə planlaşdırıldığında və gözlənildiyində belə müzakirələr var idi ki, bu müharibə 2-3 həftə çəkəcək. 

Həm Ukrayna, həm də Rusiyanın rəhbərliyi müharibənin çox tez bitəcəyinə inanırdı. Heç kim onun belə uzun çəkməsini planlaşdırmamışdı. İndi müharibədən həm Ukrayna, həm də Rusiya yorulub, amma aydındır ki, heç kim məğlub olmağı istəmir. Buna görə müharibə uzanır. Müharibənin bitməsi üçün tələbat var, amma qalibiyyət tələbi də var. 

"Dondurulmuş müharibə"nin qəbul edilməməsinin səbəbi budur.  Çünki bu, nə Ukraynaya, nə də Rusiyaya faydalıdır. Bu, ən vacib məqamlardan biridir”.

A.Oxrimenko vurğulayıb ki, Trampın qərargahında  müharibəni bitirmək üçün bir çox ideya var. Amma bunlar reallıqla heç bir əlaqəsi olmayan fikirlərdir:

"ABŞ-nin bədbəxtliyi budur ki, bu ideyaları inkişaf etdirən insanların çoxu hətta Ukrayna-Rusiya müharibəsini analiz etməyə və gerçək vəziyyəti qiymətləndirməyə cəhd belə etmirlər. Çox vaxt onlar 19-cu əsrin ortalarında ABŞ-də baş vermiş vətəndaş müharibəsindən yola çıxaraq düşünürlər. Onlar bunu eyni şey kimi qəbul edirlər. Onlara izah etməyə çalışanda ki, bu, tamamilə fərqli bir şeydir, sadəcə inanmırlar. Buna görə də onların yaradacağı planlar əvvəldən absurd olacaq. Çünki Trampın qərargahındakı bütün bu fantaziyalar reallaşmayacaq. 

Ən çox ehtimal bir planın ortaya çıxacağıdır. Barəsində danışılacaq, reklam ediləcək, Tramp reklam olacaq. Amma sonunda deyəcəklər ki, o cəhd etdi, amma bacarmadı. Diqqətinizə çatdırım ki, o, artıq bir müsahibəsində  "çalışacağam, amma bəlkə də alınmaz" deyib.  Artıq anlayır ki, onun planı uğursuz olacaq.
Artıq heç kim onun 24 saat ərzində bu müharibəni bitirə biləcəyinə dair sərgərdan ideyasını xatırlamır. Artıq özü də başa düşüb ki, bu, sadəcə boş bir reklamdır”. 

“Çeçen müharibəsi başlayacaq”

Ekspert təxminlərini sadalayıb: “Trampın münaqişəni həll etmək üzrə xüsusi nümayəndəsi  Kit Kelloq Ukraynaya, Rusiyaya gedəcək.  

Reklam ediləcək, nələrsə deyəcək, amma heç nə olmayacaq. Xatırlatmaq istəyirəm ki, Tramp prezident olduğu zaman Volker adlı bir xüsusi nümayəndə var idi ki, o da Moskva və Kiyevə gedirdi.

Üstəlik, bəzi hallarda  Donbasda münaqişənin həlli üzrə böyük irəliləyişlər əldə edildiyini bildirirdi. Amma gördüyünüz kimi, sadəcə yalan deyirdi. Eyni şey burada da olacaq. Bəzi bəyanatlar olacaq və müharibə davam edəcək. Hazırda müharibəni yaxın gələcəkdə bitirməyin mümkünlüyünə dair heç bir işarə yoxdur. O, çox uzun müddət davam edəcək. Bugünkü vəziyyətlə bağlı yeganə mümkün variant,  plan budur ki, Şimali Qafqazda yeni bir çeçen müharibəsi başlayacaq. Nəticədə, Rusiyada mərkəzə qarşı hadisələr baş verəcək.

O zaman Rusiyanın parçalanma prosesi başlayacaq və Ukrayna bütün işğal altındakı əraziləri azad edəcək. Ukrayna hətta Kubanı, Voronejin bir hissəsini və Rusiyanın digər ərazilərini də nəzarət altına ala bilər. Gerçəkləşdirilə biləcək tək plan budur. Moskva, Kiyev və Vaşinqtonda qurulacaq bütün digər planlar uğursuz olacaq.

Onların heç bir real əsası yoxdur. Yalnız Rusiya ilə bağlı parçalanma planı gerçəkləşə bilər. O zaman müharibə həqiqətən bitəcək və sülh çox uzun olacaq."

Səbinə Uğur
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Dekabr 2024 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see287

Yatmazdan əvvəl bunu yeyənlər sürətlə arıqlayır

01 İyun 2026 01:01see230

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see205

“ABŞ ın Ay planlarına ağır zərbə: bir partlayış bütün arziları puç etdi“ “Politico“

31 May 2026 15:49see187

Gənclər niyə daha tez keçəlləşirlər..?

31 May 2026 19:15see185

Bakıda “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalının açılışı olub

31 May 2026 20:20see185

Bina çökdü, 11 nəfər öldü

01 İyun 2026 04:17see185

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı uşaqlar üçün “Balaca şahzadə” tamaşasını təqdim edəcək

31 May 2026 13:29see183

Zelenski Rusiya ilə müharibədən danışdı: Masa arxasına əyləşib danışmalıyıq”

31 May 2026 22:25see183

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see182

“Liverpul”da daha bir ayrılıq

31 May 2026 23:42see179

Suzhou şəhərində keçirilən Beynəlxalq Ailə Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

31 May 2026 17:41see169

İran Prezident Administrasiyası Pezeşkianın istefa iddialarını təkzib edib

01 İyun 2026 02:57see168

Gürcüstan Parlamenti televiziya şirkətlərinin xaricdən maliyyələşməsini qadağan edən qanun qəbul edib

01 İyun 2026 00:34see167

Məktəb müəllimi vəfat ETDİ

01 İyun 2026 00:03see166

Qocalmanı nələr sürətləndirir?

31 May 2026 20:40see163

Bütün iPhone lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

01 İyun 2026 02:31see162

Qordonun yerinə Liqa 1 dən namizəd

01 İyun 2026 03:17see157

Rusiya ordusu Zaporojyedə dəmir yolunu vurdu: Ölənlər və yaralananlar var FOTO

01 İyun 2026 04:42see149

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri