BİR NAZİR ÇIXARIR, O BİRİ VƏZİFƏ VERİR Bəs sürücü mərkəzdə necə ştata götürülüb?
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) sabiq direktoru Firdovsi Fikrətzadəyə yeni vəzifə verilib.
Məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə Firdovsi Fikrət oğlu Fikrətzadə Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin müdiri vəzifəsinə təyin edilib.
O, bu vəzifədə Elman Sadıqovu əvəzləyib(Qaynarinfo).
Qeyd edək ki, Firdovsi Fikrətzadənin bu ilin iyul ayında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru vəzifəsindən azadolunma xəbərini ilk Mia.az saytı yaymışdı.
Yeri gəlmişkən, onun vəzifəsindən azad olunmasından sonra ATM-də bəzi qanunsuzluqlar da aşkarlanıb. Hətta KTN-nin mətbuat katibi Vüqar Hüseynovun sürücüsünün ATM-də aparıcı mütəxəssis kimi ştata götürülməsi faktı var...
Halbuki, o, əvvəllər Aqrar Xidmət Agentliyində "işə götürülüb". Sərdar Hacıyevin bu quruma təyinatından az sonra o, buradan uzaqlaşdırılıb, ancaq ATM dərhal ona "sahiblənib"...
Mövzu tərəfimizdən araşdırılır.
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 22 Noyabr 2024 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















