Icma.az
close
up
RU
Bir neçə ədəd mixəyin gündəlik həyatda işə yarayacaq faydası

Bir neçə ədəd mixəyin gündəlik həyatda işə yarayacaq faydası

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mətbəxdə əsasən şirniyyatlara ətir vermək üçün istifadə olunan mixəyin (qərənfil) gündəlik həyatda düşündüyümüzdən daha çox faydası var. Kəskin qoxusu və güclü təsiri ilə tanınan bu ədviyyat illərdir təbii və praktik həll yolları axtaranların diqqət mərkəzindədir. Mütəxəssislərin bildirdiyinə görə, düzgün istifadə edildikdə bir çimdik mixək bir çox xırda problemi asanlıqla aradan qaldıra bilər.

Qaynarinfo gündəlik həyat üçün faydalı hesab edilən mixəyin ən çox istifadə olunduğu bir neçə nümunəni təqdim edir:


Ağız qoxusuna qarşı təbii vasitə

Yeməkdən sonra ağızda yaranan xoşagəlməz qoxunu aradan qaldırmaq üçün bir ədəd mixəyi çeynəmək kifayət edir. Bu üsul kimyəvi vasitələrə ehtiyac olmadan nəfəsi təravətləndirməyə kömək edir.

Dolab və ayaqqabı qoxularının qarşısını alır

Kiçik bir kisəyə qoyulan mixək kiçik şkaf çəkməcələrində və ayaqqabı dolablarında yaranan ağır qoxuları azaldır, olduğu mühitə xoş ətir yayır.

Həşəratları uzaqlaşdırır

Mixəyin kəskin qoxusu qarışqa və xırda həşəratları narahat edir. Pəncərə kənarlarına və mətbəxdə bəzi nöqtələrə qoyulan mixək yay aylarında həşərat problemini azaltmağa kömək edə bilər.

Çay və qəhvəyə fərqli dad qatır

Bitki çaylarına və türk qəhvəsinə əlavə edilən bir ədəd mixək içkinin aromasını zənginləşdirir və fərqli ləzzət yaradır.


Evdə təbii qoxu yayıcı kimi istifadə olunur

Qaynar suya bir neçə mixək atmaqla qısa müddətdə evin içinə xoş qoxu yaymaq mümkündür. Bu üsul xüsusilə yeməkdən sonra yaranan ağır qoxuların aradan qaldırılmasında faydalıdır.


Diş həssaslığında müvəqqəti rahatlama verir

Ənənəvi üsullara görə, mixəyin həssas nahiyəyə qısa müddət toxundurulması diş əti narahatlığını müvəqqəti azalda bilər. Həkimlər bu üsulun müalicə olmadığını xatırladır.

Saxlama yerlərində qoruyucu rol oynayır

Un və paxlalı məhsullar saxlanılan qabların içinə əlavə olunan mixək xoşagəlməz qoxuların yaranmasının qarşısını ala və dolab içində daha təmiz hava hissi yarada bilər.

Qeyd olunur ki, mixəkdən istifadə edərkən həddən artıq miqdarda tətbiqdən qaçmaq və həssas şəxslərin diqqətli olması tövsiyə edilir.

Günay

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Yanvar 2026 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri