Bir neçə gün fasiləsiz davam edən maqnit qasırğaları nadir hadisədir...
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
...Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının rəhbəri Sergey Boqaçov Günəşin səthində böyük tac dəliyinin görünməsi barədə xəbərdarlıq edib. Bu təhlükəli hadisə planetimizin maqnit sahəsinə mənfi təsir göstərə və maqnit qasırğasına səbəb ola biləcək güclü günəş küləyinə səbəb ola bilər.
SİA-nın məlumatına görə, rusiyalı alim, hazırda günəş küləyinin Yerdən yan keçdiyini, lakin yaxın günlərdə onun təsirinin daha da nəzərə çarpacağını bildirib.
Maqnit qasırğasının aprelin 22-də başlayacağı gözlənilir. Laboratoriya rəhbəri qeyd edib ki, proqnozlaşdırılan maqnit qasırğaları G1-G2 siniflərinə aid olacaq, bu da geomaqnit pozuntularının aşağı səviyyəsinə uyğundur.
Alim onu da vurğulayıb ki, maqnit qasırğalarının aprelin 22-dən 24-nə kimi davam edəcəyi proqnoz onların bütün bu müddət ərzində davamlı fəaliyyətini nəzərdə tutmur.
…Bir neçə gün fasiləsiz davam edən maqnit qasırğaları olduqca nadir hadisədir. Adətən onlar müəyyən vaxt intervalında yaranır və sönür. Bizdə isə söhbət ikinci variantdan gedir. Bu müddət ərzində fərdi dalğalanmalar mümkündür, - deyə alim yekunlaşdırıb.
Nazlı Almuradova
Baxış sayı:66
Bu xəbər 21 Aprel 2025 22:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















