Bir neçə ölkə vətəndaşı İrandan Azərbaycan ərazisinə daxil olub
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam edir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, gün ərzində müxtəlif ölkələrin vətəndaşları sərhədi keçərək təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olublar. Belə ki, Çin (1 nəfər), Qazaxıstan (1 nəfər), Rusiya (1 nəfər), Özbəkistan (1 nəfər) və Tacikistan (2 nəfər) vətəndaşı təxliyə olunub.
Bununla yanaşı, Azərbaycanın 7 nəfər vətəndaşı da ölkə ərazisinə daxil olub. Gün ərzində, həmçinin Yunanıstanın 7 vətəndaşı, o cümlədən 4 diplomatik nümayəndəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan Azərbaycan ərazisinə keçib.
Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və digər prosedurlardan keçdikdən sonra ölkə ərazisinə buraxılıblar. Proses aidiyyəti dövlət qurumlarının koordinasiyası ilə davam etdirilir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 13 Mart 2026 01:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















