Bir nəfər sual verən yoxdur ki, bunu haradan alıbsan Aygün Kazımova
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Səsimi yazmışdım maqnitafona. Uşaq idim ciddi qəbul etmirdilər. "Getmə, getmə yarım" xalq mahnısını oxudum. Bacımın yoldaşına qulaq asdırdım, dedi sən oxuyursan? Dedim hə. İlk tərifi ondan eşitdim. O vaxt deyirdilər, sənin səsin var? Deyirdim, var. İlk dəfə Naxçıvanda məhləmizdə bir toyda oxumuşam. Nəsibə Abdullayevanın "Qaragöz boy-boy" mahnısını oxumuşdum".
Mia.az-ın məlumatlna görə, bu sözləri Xalq artisti Aygün Kazımova "Zaurla Günaydın" verilişində deyib. Pop kraliça sənətə ilk gəldiyi günlərdən danışıb. kazımova ilk dəfə uşaqlıqda yaşadıqlarını bölüşüb:
"Bu haqda ilk dəfə danışıram. Uşaq vaxtı hansı dildə mahnı eşidirdim, başlayırdım oxumağa. Dili bilmirdim, amma oxuyurdum. Məktəbdə oxuyanda ansambla götürmürdülər, yaşım çatmırdı.
Bir dəfə gürcü mahnısı götürüb getmişəm ansambla, mahnı da yadımda deyil. Özümdən düzüb-qoşdum. Başladım onu gürcü dilində oxudum, özümə də elə güvənirəm ki...
Bir nəfər sual verən yoxdur ki, mahnını haradan almısan? O qədər ürəkdən, ciddi oxuyuram. Düşünürəm ki, görəsən sözlərə fikir verirlər? Çünki bir dəfə bir, növbəti dəfə başqa sözlər oxuyurdum"./axşam.az
Baxış sayı:103
Bu xəbər 06 Yanvar 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















