Icma.az
close
up
RU
Bir nəfər Tahirə desin, daha söyüş söyməsin Qarğışı da saxlasın

Bir nəfər Tahirə desin, daha söyüş söyməsin Qarğışı da saxlasın

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tahir İmanov “Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri, Əməkdar artistdir. O, Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun nəvəsi, iqtisad elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Qorxmaz İmanovun və musiqiçi-pedaqoq Könül İmanovanın oğludur.

Tahirin adını eşidəndə tamaşaçıların üzündə təbəssüm yaradan obrazlar və yumor yada düşməlidir. Amma nədənsə biz son günlər bu ad çəkiləndə ilk olaraq sənət yox, qalmaqal və təhqir ritorikasını xatırlayırıq.

Bir vaxtlar “Məhəllə” filminin Roşkası kimi yaddaşlara həkk olunan obraz bu gün tam fərqli emosiyalarla anılır. Zövqlər müxtəlifdir, film kiməsə uğurlu, digərinə uğursuz görünə bilər. Lakin danılmaz faktdır ki, böyük bir nəsil Tahir və mərhum Cabir İmanov qardaşlarını “Roşka” və “Eliş” kimi sevib. Toyuqlu pizza

Cabir İmanovun vaxtsız itkisi, şübhəsiz ki, ağır dərddir. Qardaş itirmək insanın ürəyində sağalmaz yara açır. Üstəlik, geridə atasız qalan üç övladın taleyi bu ağrını daha da dərinləşdirir. Bu dərdin miqyasını ölçmək, kənardan qiymət vermək çətindir. Heç kim başqa birinin acısını tam anlaya bilməz. Lakin şəxsi faciə ictimai davranışa təsir etməməlidir.

Son aylarda müşahidə edilən mənzərə isə təəssüf doğurur. Medianı “düşmən” elan etmək, jurnalistləri söymək, “qəbjur” kimi ifadələr işlətmək, hətta qarğış və təhdid ritorikasına keçmək artıq emosional davranış deyil. Bütün bunlar ictimai status daşıyan bir sənət adamına yaraşmayan mövqedir.

Vəziyyət o həddə çatıb ki, Tahir, hətta, insanları güldürmək və düşündürmək üçün səhnəyə çıxmamışdan əvvəl də söyüş söyür, jurnalistlərə təhqir yağdırır, qarğış eləyir. Onun rəhbəri olduğu “Planet Parni iz Baku” KVN Teatrı mayın 15-də Heydər Əliyev Sarayında “Xalqın artisti” adlı konsert verib. Konsert mərhum Əməkdar artist Cabir İmanovun xatirəsinə həsr olunub. Jurnalistlər də orada olub - ya dəvətlə, ya da bilet almaqla, amma bunun məsələyə o qədər də daxli yoxdur. Media təmsilçiləri öz peşələrinə sadiq qalıblar, konsertdən xoşlarına gələn hissələri işlədikləri media quruluşlarında, sosial şəbəkələrində yayıblar. Bəlkə də heç orada olmayıblar, hansısa tamaşaçı çəkib, yayıb, jurnalistlər də onu xəbərə çeviriblər. 

T.İmanov bundan sonra “cin atına” minib. Bəlkə də haqlıdır, hansısa planı olub, özünün də dediyi kimi bundan pul qazanmaq istəyib, jurnalistlər konsertdən müəyyən hissələr paylaşmaqla buna mane olublar. 

Əvvəla, bu necə konsertdir ki, orada kiçik bir hissəni paylaşmaqla bütün plan pozulub, mahiyyətini hamı bilib və ona maraq azalıb? 

İkincisi, lap tutaq ki, jurnalistlər səhv edib (hərçənd ki, jurnalistin xəbər yaymasını səhv saymaq olmaz). Tahir İmanov gərək buna söyüş və qarğışla cavab versin? Bunun başqa yolu yoxdur? O, konsertin kimin xatirəsinə həsr olunduğunu xüsusi nəzərə almalıydı. 

C.İmanov Əməkdar artist idi. Bu status təkcə fəxri ad deyil, həm də ictimai maraq deməkdir. Onunla bağlı tədbirin mediada işıqlandırılması nə təxribatdır, nə də hörmətsizlik. Bu, jurnalistin peşə borcudur.

Əgər medianın diqqəti yalnız tənqid zamanı “müdaxilə” sayılırsa, bəs konsertlərin anonsu, müsahibələr, uğurlu layihələrin təqdimatı zamanı niyə eyni sərt münasibət göstərilmir? İctimai tanınmışlıq birtərəfli proses deyil. Başa düşmürlər ki, sənət adamını cəmiyyətə təqdim edən də mediadır, fəaliyyətini müzakirəyə çıxaran da.

Qarğış və bəddua dili isə ümumiyyətlə qəbuledilməzdir. “Yaxınlarınıza nəsə olsa, bilin ki, bizim bəddualarımızın nəticəsidir” kimi ifadələr təhlükəli düşüncə tərzinin göstəricisidir. Sənət adamı auditoriyaya nifrət deyil, mədəniyyət ötürməlidir. Xüsusilə də illərlə yumor səhnəsində çıxış etmiş insanlar.

Tənqid düşmənçilik deyil. Yazmaq təxribat deyil. Sual vermək də hörmətsizlik sayılmır. 

Şəxsən mənə maraqlıdır ki, Tahir İmanov öz irsini hansı istiqamətdə davam etdirmək istəyir? “Roşka” obrazı ilə insanların yaddaşında qalan sənətkar kimi, yoxsa mediaya qarğış edən aqressiv fiqur kimi?

Çünki insan hər şeyi yadda saxlayır. 

Özünə sənətkar deyən insanlar səviyyələrini qorumağı bacarmalıdır. Əgər səviyyə qorunmasa, nə şöhrət qalar, nə də hörmət. Deyəsən Tahir İmanov hələ də başa düşməyib ki, onu ucaldan da, göydən yerə endirən də alqışlar deyil, öz davranışları olacaq... 

Aydan Hacı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 May 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri