Icma.az
close
up
RU
Bir oyuna görə 45 min il azadlıqdan məhrum edildi

Bir oyuna görə 45 min il azadlıqdan məhrum edildi

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə məhkəməsi "Çiflik Bank" kimi tanınan onlayn investisiya proqramından istifadə edərək minlərlə türkün milyonlarla dollarını aldadan Mehmet Aydına 45 min ildən çox həbs cəzası verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, fevralın 3-də İstanbul Ağır Cinayətlər Məhkəməsində Aydın, qardaşı Fateh və daha 18 müttəhimin məhkəməsi yekunlaşıb. Aydın qardaşları və daha üç təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Hər iki qardaş elektron məlumat emalı sistemləri, bank və ya kredit təşkilatları tərəfindən oğurluq, cinayət törətmək məqsədi ilə təşkilat təşkil etmək və cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması ittihamı ilə 45 min 376 il müddətinə azadlıqdan məhrum edilib.

Mehmet Aydın məhkəmədəki son ifadəsində investisiya proqramını insanları aldatmaq üçün yaratmadığını əsas gətirərək bəraət hökmünün çıxarılmasını istəyib.

O, hökumətin ələ keçirilən pul və aktivlərdən istifadəsinə icazə verəcəyi təqdirdə zərərçəkmişlərin itkilərini ödəyə biləcəyini deyib.

İstintaq təcridxanasında olan digər müttəhim Koray Hasgül və qiyabi mühakimə olunan digər altı müttəhim də eyni ittihamla eyni cəzaya məhkum edilib.

Məhkəmə həmçinin Aydın qardaşlarına 496 milyon türk lirəsi (13,8 milyon ABŞ dolları) məbləğində cərimə kəsib.

Qalan 11 müttəhim isə eyni ittihamlarla müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

Aydın və iş ortaqları 2016-cı ildə məşhur sosial media oyunu “FarmVille”dən ilhamlanaraq “Çiftlik Bank”la gündəmə gəliblər. İstifadəçilər real pula virtual heyvanlar və kənd təsərrüfatı avadanlıqları alıblar. Aydın istifadəçilərə söz verib ki, onların pulları ölkə daxilində müxtəlif təsərrüfatlarda real mal-qaraya yatırılacaq.

İnvestorları cəlb etmək üçün bəzi mağaza və şou-fermalarda da məhsullar satışa çıxarılıb. İstifadəçilər oyunda keçirdikləri vaxta görə pul alıblar.

2018-ci ilin martında şirkətin piramida sxemi ilə fəaliyyət göstərməsi ilə bağlı başlanan araşdırma onun aktivlərinin ələ keçirilməsinə və bəzi rəhbər şəxslərin həbsinə səbəb olub. Daha sonra Aydının 2018-ci ildə təxminən 132 min müştəridən aldığı 1,1 milyard türk lirəsindən çox pulla (o vaxtkı məzənnə ilə təxminən 280 milyon dollar) Uruqvaya qaçdığı iddia edilib.

Aydın 2021-ci il iyulun 7-də Türkiyənin Braziliyanın San-Paulu şəhərindəki Baş Konsulluğuna təslim olduqdan 4 gün sonra İstanbul məhkəməsi tərəfindən həbs edilib və Türkiyəyə gətirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Fevral 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri