Icma.az
close
up
RU
Bir paylaşımı ilə “məşhur əməliyyat”ın üstü açıldı: Bakıda eyni sözlərlə insanlara yaxınlaşırlar

Bir paylaşımı ilə “məşhur əməliyyat”ın üstü açıldı: Bakıda eyni sözlərlə insanlara yaxınlaşırlar

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Tanınmış jurnalist Günay Yelmarqızı başına gəldiyi hadisəni ictimaiyyətlə bölüşüb. Ardınca isə məlum olub ki, bir çoxları eyni halı yaşayıblar.

Ölkə.az xəbər verir ki, o, sosial şəbəkə hesabında “dilənçi fırıldağı”nın qurbanı olması ilə bağlı paylaşım edib.

Media nümayəndəsi qeyd edib ki, bunu nahar fasiləsində işin ətrafında yürüşə çıxan zaman yaşayıb: “Bir qız yolun o tərəfindən səslədi ki, xala, mənə pul ver. Dedim, üstümdə nağd pulum yoxdur, üzrlü say. Dedi, o zaman qənd, çay al. Dedim, yaxşı. Apardım marketə. Getdi ən böyük qutunu seçdi ki, bunu al. Bu anda yanında bir oğlan da peyda oldu. Dedi, mənə də al. Dedim, ikinizə də alıramsa, o zaman çayın qutusun bir az balaca edək, olarmı? Razılaşdılar. Göstərdilər ki, bu çaydan və bu qənddən olsun... Nə isə bunlara çay, qənd alıb yola saldım. Çıxanda gördüm ki, qız oturub marketin qabağında, bir az getmiş oğlan yenə çıxdı qarşıma - əliboş. Dedim, bəs ərzaqları neylədin? Dedi, verdim bacıma... Şokdan özümü itirdim az qala. Sən demə, bacı-qardaş imişlər. Və ikisi də eyni məhsulu aldırıb mənə - eyni firmanın, eyni çəkidə olan məhsulunu. Deyirəm, bəs bacı-qardaşsınız, niyə mənə eyni məhsulları aldırdınız? Gördüm uşağın dili çaşır, daha heç nə demədim. Dedim, sizi böyüdən valideynə bərəkallah. Allah mənə də ağıl versin! Axı mən çox gözəl bilirəm ki, heç bir yaxşılıq cəzasız qalmır”.

Paylaşıma reaksiya verən təhsil üzrə ekspert Elmin Nuri qeyd edib ki, bu, çox ciddi problemdir. “Bir neçə dəfə mən də bu duruma düşmüşəm. Bir yaşlı qadın yaxınlaşıb qənd, çay, yağ istədi. Dedim, buyurun. Gedib elə bahalısını və böyük olanını seçdi ki, mən hələ indiyədək öz evimə nə o qiymətə, nə də o həcmdə yağ-çay almışam. Amma üzüm gəlmədi ki, deyim, qaytarın. Marketdən çıxanadək mənə oğrun-oğrun baxdı ki, görsün, gedirəm, ya yox... Nəhayət, getdiyimi zənn edib, az öncə aldıqlarımı kassaya qaytararaq "pulunu" geri aldı”, - o qeyd edib.

Rəy yazanlar arasında tanınmış tarixçi Cavid İsmayıl isə bildirib ki, pandemiya vaxtı belə bir uşağa iş yerinin yanındakı “Bravo”dan 135 manatlıq bazarlıq edib və taksi ilə Günəşliyə yola salıb. “Axşam evə gedəndə taksi şoferi məni görüb dedi ki, müəllim, yarı yoldan məni yenidən qaytardı “Bravo”ya, aldıqlarını geri qaytarıb pulunu aldı. Bax, belə bir qəmli hadisə”, - o vurğulayıb.

Digər sosial şəbəkə istifadəçisi Bayan Nigar isə qeyd edib ki, belə uşaqlar çoxdu: “Bizə də bir oğlan yaxınlaşıb dedi ki, çay, çörək, makaron alın. Aldıq. Başladı ki, olar özümə də nəsə götürüm. Dedik, götür. Özünə böyük kola, böyük çips götürdü. Gördü etiraz etmirik, istədi birini də götürsün, qoymadıq. Kassir xanım dedi, nahaq onlara bu qədər ərzaq almısınız. Axşama qədər hamıya nəsə aldırırlar”.

Bir başqa profil sahibi - Şahin Yusifov isə bildirib ki, sizlə bərabər marketdən çıxırlar, bir az ətrafda gəzişib sizi yola salıb marketə geri gəlib aldığınız məhsulları geri qaytarıb "ölü pulu dirildirlər". “Çünki insanlardan nəğd pul ala bilmirlər”, - o qeyd edib.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Noyabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri