Bir portuqaliyalı ayın futbolçusu, digəri isə ayın məşqçisi seçilib
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Mançester Yunayted”in yarımmüdafiəçisi Brunu Fernandeş Premyer Liqada ötən ayın ən yaxşı futbolçusu seçilib.
İdman.biz xəbər verir ki, portuqaliyalı martda 2 qol və 2 assistə imza atıb.
O, karyerasında 5-ci dəfə bu mükafata layiq görülüb. Brunu bu göstəricidə Ueyn Runi və Robin van Persiyə çatıb.
Fernandeş əvvəlki 4 uğura 2020-ci ildə imza atıb. O, fevral, iyun, noyabr və dekabrda ən yaxşı seçilib.
Bu mükafatı ən çox qazanan futbolçular Serxio Agüero, Məhəmməd Salah və Harri Keyn hərəyə 7 dəfə fərqlənib.
Portuqaliyalı Nuno Espirito Santo isə İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı məşqçisi seçilib. Onun rəhbərlik etdiyi “Nottingem Forest” ötən ay “Mançester Siti” və “İpsviç”i məğlub edərək iki qələbə qazanıb və hazırda 3-cü pillədə qərarlaşıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 04 Aprel 2025 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















